Ana Səhifə / Vakansiyalar / Katibə-referent

Katibə-referent

“NURGUN” Şirkətlər Qrupu

Bakı • Bakı

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Katibə-referent

Namizədə tələblər:

  • Ali təhsil;
  • Katibə-referent və ya inzibati işlər sahəsində minimum 1 il iş təcrübəsi;
  •  Xanım namizədlər;
  •  Yaş həddi: 27–35;
  • Xoş xarici görünüş və yüksək təqdimat bacarığı;
  •  Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  •  MS Word, MS Excel, Outlook və internet resurslarından sərbəst istifadə bacarığı;
  •  Ofis avadanlıqları (printer, skaner, faks və s.) ilə işləmək bacarığı;
  •  İşgüzar etika və korporativ ünsiyyət qaydalarını bilmək;
  •  Sənədlərlə işləmə və kargüzarlıq sahəsində biliklər;
  • Təşkilatçılıq, planlaşdırma və vaxtın düzgün idarə olunması bacarığı;
  •   Məsuliyyətli, səliqəli, operativ və ünsiyyətcil olmaq.

Vəzifə öhdəlikləri:

  •  Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq və aidiyyəti üzrə yönləndirmək;
  •  Daxil olan telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə istiqamətləndirmək;
  • Rəhbərliyin qonaqlarını qarşılamaq və qəbul prosesini təşkil etmək;
  • Rəhbərlik və qonaqlar üçün çay, qəhvə və digər ikramların təşkil olunmasını təmin etmək;
  • Daxil olan sənədlər və vacib məlumatlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
  •  Rəhbərliyə təqdim edilən məktub və sənədləri qəbul etmək, verilmiş göstərişlərə əsasən aidiyyəti struktur bölmələrinə və ya məsul şəxslərə yönləndirmək;
  • Kargüzarlıq işlərini aparmaq, sənədləri sistemləşdirmək və elektron formada qeydiyyatını təmin etmək;
  • Rəhbərin tapşırığı ilə məktublar, sorğular, arayışlar və digər rəsmi sənədləri hazırlamaq;
  • Vətəndaş və qonaqların qəbulunu təşkil etmək, müraciət və sorğuların vaxtında cavablandırılmasına dəstək olmaq;
  •  Rəhbərliyin iclas və müşavirələrinin təşkilini həyata keçirmək, zərurət olduqda protokolları hazırlamaq;
  •  Rəhbərliyin verdiyi tapşırıqların icrasına nəzarət etmək, icra vəziyyəti barədə mütəmadi məlumat təqdim etmək;
  • Rəhbərin inzibati və təşkilati xarakterli digər xidməti tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.

📩 Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini hr@nurgun.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Şirkət Haqqında
E-poçt
hr@nurgun.az


    “NURGUN” Şirkətlər Qrupu 4 oktyabr 1994-cü ildə təsis edilmişdir.

    Şirkətlər qrupunun yarandığı gündən etibarən onun aparıcı şirkətlərindən biri olan “Nurgun Motors” dünya avtomobil istehsalçılarının aparıcı brendləri olan “Nissan”, lüks avtomobillər sinfinə aid “Infiniti” və 100 ildən artıq təcrübəyə malik “Renault” markalarının Azərbaycandakı rəsmi distribütorudur.

    Müraciət Et
    Məlumat

    Yayımlanma: 30 iyul 2026

    Vakansiya növü: SADƏ

    Oxşar Elanlar