Ana Səhifə / Vakansiyalar / Sığorta məsləhətçisi

Sığorta məsləhətçisi

Atəşgah Sığorta

Bakı • Bakı

Tamştat 💰 Müsahibə əsasında təyin olunacaq . 📅 Təcrübə: 1 ilə qədər 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

VAKANSİYA | SIĞORTA MƏSLƏHƏTÇİSİ

Şirkət: Atəşgah Sığorta

Peşəkar komandamıza qoşulmaq, sığorta sahəsində karyera qurmaq və satış istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən namizədləri Sığorta məsləhətçisi vəzifəsinə müraciət etməyə dəvət edirik.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək
  • Təhsil: Natamam ali təhsil
  • İş təcrübəsi: 1 ilə qədər
  • İş qrafiki: Həftədə 5 gün (5/2)
  • Bazar ertəsi – Cümə axşamı: 09:00-18:00
  • Cümə: 09:00-17:00
  • İstirahət günləri: Şənbə, bazar, dövlət bayramları və Milli Hüzn Günü.

Vəzifə öhdəlikləri:

  • Mövcud müştəri bazasını genişləndirmək və yeni müştərilər cəlb etmək;
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərmək;
  • Mövcud müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən edilmiş planı yerinə yetirmək;
  • Sığorta müqavilələrinin müştərilərə vaxtında təqdim edilməsinə dəstək göstərmək;
  • Müştəriləri sığorta təkliflərinin detalları və müqavilə şərtləri barədə ətraflı məlumatlandırmaq.

Namizədə tələblər:

  • Natamam ali təhsil;
  • 1 ilə qədər iş təcrübəsi;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Sığorta məhsullarını effektiv şəkildə təqdim etmək və satmaq bacarığı;
  • Ünsiyyət vasitəsilə müştəriləri cəlb etmək və inandırmaq bacarığı;
  • Fikirlərini dəqiq, lakonik və özünəinamla ifadə etmək bacarığı;
  • Dəqiqlik və yaranan vəziyyətlərə operativ reaksiya vermək;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Şirkətin təklif etdiyi imkanlar:

  • Peşəkar mentor dəstəyi;
  • Praktiki təlim proqramları;
  • Karyera yüksəlişi imkanları;
  • Motivasiyaedici iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sığorta məsləhətçisi” qeyd etməklə job@ateshgah.com elektron poçt ünvanına göndərə bilərlər.


Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 28 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar