Ana Səhifə / Vakansiyalar / Kosmetika üzrə Məhsul Meneceri

Kosmetika üzrə Məhsul Meneceri

HumanPro

Bakı • Bakı

Tamştat 💰 2000 - 2700 AZN (gross) + nəticələrə əsaslanan bon 📅 Təcrübə: 3 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

Kosmetika üzrə Məhsul Meneceri

 

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə;
  • İş saatı: 09:00 -18:00;
  • Əmək haqqı: 2000 - 2700 AZN (gross) + nəticələrə əsaslanan bonus sistemi;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və beynəlxalq tərəfdaşlarla işləmək imkanı. 

Vəzifə öhdəlikləri:

  • Yerli bazarın araşdırılması və yeni kosmetika brendlərinin müəyyən edilməsi;
  • Beynəlxalq kosmetika istehsalçıları və brend sahiblərinin araşdırılması, potensial əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
  • Yeni brendlərin Azərbaycan bazarına gətirilməsi istiqamətində danışıqların aparılması və işgüzar əlaqələrin qurulması;
  • Xarici tərəfdaşlarla yazışmaların və görüşlərin təşkili;
  • Brend portfelinin genişləndirilməsi üzrə təkliflərin hazırlanması;
  • Bazar tendensiyalarının, rəqiblərin və istehlakçı tələbatının təhlil edilməsi;
  • Yeni məhsulların və brendlərin bazara çıxarılması prosesinin koordinasiya olunması;
  • İdxal, sertifikatlaşdırma və digər sənədləşmə proseslərinin təşkilində iştirak etmək;
  • Təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin hazırlanmasında iştirak etmək;
  • Satış və marketinq komandaları ilə sıx əməkdaşlıq edərək məhsulların bazarda tanıdılması strategiyalarının hazırlanmasına dəstək vermək;
  • Rəhbərlik üçün mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Kosmetika, satınalma və ya məhsul idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rus və ya ingilis dilini yüksək səviyyədə bilmək (yazılı və şifahi) - mütləqdir;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Analitik düşüncə və bazar araşdırması aparmaq bacarığı;
  • Danışıqlar aparmaq və biznes əlaqələri qurmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Müraciət üçün: Zəhmət olmasa, vakansiyanın adını qeyd etməklə CV - nizi cv@humanpro.az mail ünvanına göndərərdiniz.

 

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 205 12 12
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 8 iyun 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar