Ana Səhifə / Vakansiyalar / İstehsalat rəisi

İstehsalat rəisi

HumanPro

Bakı • Kənd Əhmədli

Tamştat 💰 1500-2000 AZN 📅 Təcrübə: 5 il təcrübə 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

İstehsalat rəisi

İstehsalat proseslərinin idarə edilməsi, işçi heyətinin koordinasiyası, resursların səmərəli bölüşdürülməsi və istehsalat layihələrinin vaxtında, keyfiyyətlə icrası üzrə peşəkar təcrübəyə malik namizədləri İstehsalat rəisi vəzifəsinə müraciət etməyə dəvət edirik.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Kənd Əhmədli
  • Əməkhaqqı: 1500-2000 AZN
  • İş qrafiki: Həftədə 6 gün (6/1)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il

Vəzifə öhdəlikləri:

  • İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək;
  • Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək;
  • Memar, usta, qaynaqçı, şkulkaçı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək;
  • Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək;
  • Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz fəaliyyətini təmin etmək;
  • Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək;
  • Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək;
  • Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları arasında effektiv koordinasiyanı təmin etmək;
  • Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • İşçi heyətinin fəaliyyətini təşkil etmək və iş təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
  • İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • İstehsalat proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət bacarığı;
  • Bir neçə layihəni eyni vaxtda idarə etmək, hər bir layihə üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı;
  • İş həcminə əsasən layihə üzrə əmək və vaxt resurslarını müəyyənləşdirmək və optimallaşdırmaq bacarığı;
  • Anbar uçotu, materialların hərəkəti və inventarizasiya prosesləri haqqında biliklər;
  • İstehsalat və anbar proqramlarında işləmək bacarığı;
  • MS Excel proqramında cədvəllər, formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı;
  • ERP sistemləri, 1C: ERP və 1C: Anbar proqramlarında işləmək bacarığı üstünlükdür;
  • AutoCAD proqramında texniki çertyojları oxumaq və yoxlamaq bacarığı;
  • İstehsalat avadanlıqları, materiallar və texnoloji proseslər haqqında biliklər;
  • Rəhbərlik, operativ qərarvermə, planlaşdırma və problemlərin həlli bacarıqları;
  • Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə.

Əməkhaqqı ilə bağlı əlavə məlumat:

Göstərilən əməkhaqqı aralığının minimum məbləği olan 1500 AZN sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddəti uğurla başa çatdırıldıqdan sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.

Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstehsalat rəisi” qeyd etməklə cv@humanpro.az  elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 2 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar