Ana Səhifə / Vakansiyalar / Baş mühasib

Baş mühasib

Xırman MMC

Bakı • Bakı şəhəri, Binəqədi yolu 100

Tamştat 💰 Müsahibə əsasında (bilik və təcrübəyə uyğun) 📅 Təcrübə: Minimum 5 il təcrübə 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Baş mühasib

Xirman MMC şirkətində istehsal sahəsində mühasibat uçotunun idarə olunması üzrə təcrübəli Baş Mühasib axtarılır.

İş şəraiti:

  • Şirkət: Xirman MMC;
  • Əməkhaqqı: Müsahibə əsasında (bilik və təcrübəyə uyğun);
  • İş qrafiki: 6 günlük, 09:00-18:00;
  • Nahar təminatı və korporativ mobil nömrə;
  • Rahat və stabil iş mühiti;
  • İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100.

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, Statistika və maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibatlıq şöbəsinin və komandanın idarə edilməsi;
  • İstehsal uçotu, maya dəyəri və xərclərə nəzarət;
  • Pul vəsaitləri, mal-material və əsas vəsaitlərin uçotu;
  • İnventarizasiya və daxili köçürmələrin idarə edilməsi;
  • Təchizatçı və müştərilərlə sənədləşmə;
  • Əməkhaqqının hesablanması və məlumatların məxfiliyinin qorunması.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Yaş: 28-50;
  • Minimum 5 il təcrübə, istehsal sahəsində təcrübə mütləqdir;
  • PMS, DipIFR, ACCA və ya digər peşəkar sertifikat;
  • 1C, Excel, MS Office və Elektron Hökumət Portalı bilikləri;
  • Vergi və əmək qanunvericiliyi, balans və analitik təhlil bilikləri;
  • Komanda idarəetmə bacarığı;
  • Azərbaycan dili səlis, rus dili mükəmməl, ingilis dili arzuolunandır.

Müraciət:Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini shahla.najafova@xirman.az  elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.


Şirkət Haqqında

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 2 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar