Ana Səhifə / Vakansiyalar / Aparıcı Konstruktor

Aparıcı Konstruktor

HumanPro

Bakı • Kənd Əhmədli

Tamştat 💰 1800-2500 AZN 📅 Təcrübə: Minimum 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Aparıcı Konstruktor (yüngül metal konstruksiya və mebel sektoru üzrə)

Yüngül metal konstruksiya və mebel istehsalı sahəsində layihələndirmə, texniki sənədləşdirmə və istehsalat proseslərinin koordinasiyası üzrə bilik və bacarıqlara malik namizədləri Aparıcı Konstruktor vəzifəsinə müraciət etməyə dəvət edirik.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Kənd Əhmədli
  • Əməkhaqqı: 1800-2500 AZN
  • İş qrafiki: Həftədə 6 gün (6/1)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ilədək

Vəzifə öhdəlikləri:

  • Memarlıq və konstruktiv layihələrin hazırlanması, texniki həllərin işlənməsi.
  • Obyektlərdə ilkin ölçülərin götürülməsi və mövcud məkanın texniki təhlilinin aparılması.
  • Layihələr üzrə iş planı və deadlineların müəyyən edilməsi, layihənin başlanğıcdan təhvilə qədər icrasının izlənilməsi və koordinasiyası.
  • Layihə üzrə material sərfiyyatının hesablanması, mal-material hesabatının hazırlanması, tələb olunan material miqdarının müəyyən edilməsi və material/işçilik xərclərinin ilkin hesablanması.
  • İşçi çertyojların, texniki planların, kəsiklərin və detallı layihə sənədlərinin hazırlanması.
  • Mebel, metal konstruksiya və digər istehsalat elementlərinin layihəyə uyğunluğunu təmin etmək.
  • Layihələrin istehsalat və quraşdırma mərhələlərində texniki nəzarəti həyata keçirmək.
  • Layihə komandası və istehsalat əməkdaşları ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Sahə üzrə 3 ilədək təcrübə.
  • AutoCAD proqramından peşəkar səviyyədə istifadə bacarığı.
  • SolidWorks, 3ds Max, SketchUp və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
  • Texniki çertyojları, konstruktiv sxemləri və işçi layihələri sərbəst oxumaq və hazırlamaq bacarığı.
  • Ölçülərlə yüksək dəqiqliklə işləmək, texniki hesablamalar aparmaq və miqyaslara düzgün tətbiq etmək bacarığı.
  • Tikinti materialları, mebel konstruksiyaları və metal elementlər barədə biliklər.
  • Texniki sənədləşdirmə və layihə standartları üzrə biliklər.
  • Yüksək analitik düşüncə, diqqətlilik və texniki savadlılıq.

QEYD: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.

Müraciət: Müraciət üçün CV faylınızı və portfolionuzu cv@humanpro.az mail ünvanına “Aparıcı Konstruktor” başlığı ilə göndərməyiniz xahiş olunur.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 2 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar