Ana Səhifə / Vakansiyalar / Biznesin İnkişafı üzrə Baş Menecer

Biznesin İnkişafı üzrə Baş Menecer

HumanPro

Bakı • Bakı

Tamştat 💰 2000 AZN-dən başlayaraq (namizədin təcrübəsinə uyğ 📅 Təcrübə: min. 5 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Vakansiya: Biznesin İnkişafı üzrə Baş Menecer

Şirkətin fəaliyyət sahəsi: Tikinti və təmir

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatı: 10:00–18:00;
  • Əmək haqqı: 2000 AZN-dən başlayaraq (namizədin təcrübəsinə uyğun) + bonus sistemi.

Vəzifə öhdəlikləri:

  • Şirkətin biznesin inkişafı strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Satış həcmini artırmaq, yeni müştərilər və biznes tərəfdaşları cəlb etmək;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasını təmin etmək;
  • Bazarı və rəqibləri təhlil edərək yeni biznes imkanlarını müəyyən etmək;
  • Mövcud müştəri portfelini inkişaf etdirmək və müştəri məmnuniyyətini təmin etmək;
  • Satış hədəflərinin icrasına nəzarət etmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Şirkətin bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürmək;
  • Təmir və tikinti layihələri üzrə müştərilərlə görüşlər keçirmək, layihələrin planlaşdırılması və icrasını koordinasiya etmək;
  • Layihələrin icrasına, keyfiyyətinə, müddətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək, podratçılar və təchizatçılarla iş prosesini əlaqələndirmək;
  • Layihələrin icrası zamanı yaranan məsələlərin operativ həllini təmin etmək və nəticələr barədə rəhbərliyə hesabat vermək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Biznesin inkişafı, satış və ya marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Tikinti və ya təmir sektorunda rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
  • Satışın artırılması və yeni müştərilərin cəlb edilməsi sahəsində uğurlu təcrübə;
  • Tikinti və təmir layihələrinin idarə olunması üzrə praktiki bilik;
  • Korporativ müştərilərlə peşəkar səviyyədə danışıqlar aparmaq bacarığı;
  • Strateji və analitik düşünmə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat, idarəetmə və liderlik bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – sərbəst (mütləqdir), İngilis dili – üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Biznesin İnkişafı üzrə Baş Menecer" qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət Haqqında
E-poçt
cv@humanpro.az
Telefon
010 205 12 12
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et
Məlumat

Yayımlanma: 7 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar