Ana Səhifə / Vakansiyalar / Sənədlər üzrə mütəxəssis

Sənədlər üzrə mütəxəssis

HumanPro

Bakı • Bakı

Tamştat 💰 900 AZN 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, İngilis
İş Təsviri

Sənədlər üzrə mütəxəssis

Tikinti layihəsi üzrə texniki və inzibati sənədlərin idarə edilməsi, sənəd dövriyyəsinin koordinasiyası və Aconex platforması ilə işləmək bacarığı olan Sənədlər üzrə mütəxəssis axtarılır.

İş haqqında məlumat:

  • Vəzifə: Sənədlər üzrə mütəxəssis (Document Controller)
  • Əməkhaqqı: 900 AZN
  • İş qrafiki: Həftədə 6 gün, 09:00-18:00
  • İş yeri: Tikinti ərazisi
  • Layihənin müddəti: 1 il

Namizədə tələblər:

  • Ali təhsil mütləqdir.
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.
  • İngilis dili biliyi, yazılı və şifahi ünsiyyət bacarığı.
  • Aconex platforması ilə işləmək bacarığı.
  • Görüş qeydlərinin (Meeting Notes) və iclas protokollarının hazırlanması bacarığı.
  • Texniki və inzibati sənədlərlə işləmək bacarığı.
  • Komanda ilə işləmək və ünsiyyət bacarıqları.
  • Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı.
  • Yaş həddi: 21-35.

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə daxil olan bütün texniki və inzibati sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi.
  • Sənədlərin daxili prosedur və standartlara uyğunluğunun yoxlanılması.
  • Aconex platformasında sənədlərin yerləşdirilməsi, yenilənməsi, paylaşılması və versiyalarının izlənilməsi.
  • Layihə komandası (mühəndislər, dizaynerlər və digər şöbələr) ilə sənəd mübadiləsinin koordinasiyası.
  • Müştəri və podratçılarla sənədlərin rəsmi qaydada paylaşılması və izlənilməsi.
  • Görüşlərdə iştirak edilməsi, müzakirələrin qeydə alınması və Meeting Notes sənədlərinin hazırlanması.
  • Sənəd dövriyyəsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Sənədlərin məxfilik qaydalarına uyğun idarə olunmasının təmin edilməsi.

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini məktubun mövzu hissəsində “Sənədlər üzrə mütəxəssis” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.


Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 27 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar