Ana Səhifə / Vakansiyalar / Baş mühasib

Baş mühasib

Qaya Nəqliyyat MMC

Bakı • Bakı şəhəri;

Tamştat 💰 3000 – 5000 AZN 📅 Təcrübə: 3-5 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Baş Mühasib

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • Ünvan: Binəqədi rayonu, DSK yolu;
  • İş qrafiki: Həftənin 5 iş günü;
  • Əmək haqqı: 3000 – 5000 AZN;
  • Nahar: Şirkət tərəfindən təmin edilir 

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkili və idarə olunması; 
  • Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması və nəzarətdə saxlanılması; 
  • Gəlir və xərclərin düzgün uçotunun təmin edilməsi; 
  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; 
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili; 
  • Bank, kassa və digər maliyyə əməliyyatlarına nəzarət və uzlaşdırmaların aparılması; 
  • Əməkhaqqının hesablanması və ödəniş prosesinin idarə olunması; 
  • Vergi öhdəliklərinin hesablanması və icrasına nəzarət; 
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi; 
  • Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyası və idarə olunması; 
  • Audit, vergi yoxlamaları və digər nəzarət proseslərində şirkətin təmsil olunması; 
  • Maliyyə risklərinin qiymətləndirilməsi və rəhbərliyə müvafiq təkliflərin verilməsi; 
  • Maliyyə intizamının və daxili nəzarət mexanizmlərinin təmin edilməsi. 

Namizədə tələblər:

  • Yaş: 30–55 
  • Cins: Bəy və xanım namizədlər 
  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • PMS sertifikatı mütləqdir; 
  • Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi; 
  • 1C, MS Excel və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmək bacarığı; 
  • Vergi qanunvericiliyi və maliyyə uçotu üzrə dərin biliklər; 
  • Analitik düşünmə, liderlik və komanda idarəetmə bacarığı; 
  • Yüksək məsuliyyət, dəqiqlik və operativ qərarvermə bacarığı. 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini a.farzaliyev@qayaneqliyyat.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında

Qaya Neqliyyat Azərbaycanın ən böyük nəqliyyat və logistika şirkətidir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 30 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar