Ana Səhifə / Vakansiyalar / Sənədləşmə üzrə mütəxəssis

Sənədləşmə üzrə mütəxəssis

GESCO ASC

Bakı • Bakı

Tamştat 💰 700 AZN (NET) 📅 Təcrübə: min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, İngilis
İş Təsviri

VAKANSİYA | SƏNƏDLƏŞMƏ ÜZRƏ MÜTƏXƏSSİS

Şirkət: “GESCO” ASC 

Təchizat və Logistika Departamenti üzrə Sənədləşmə üzrə mütəxəssis vəzifəsinə əməkdaş axtarır.

İş şəraiti:

  • Əmək haqqı: 700 AZN (NET);
  • İş qrafiki: 5 günlük, 09:00–18:00;
  • Nahar fasiləsi: 13:00–14:00;
  • Əmək müqaviləsi: AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi.

Əsas vəzifələr:

  • Satınalma üzrə sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
  • Satınalma şöbəsinə aid məktubların hazırlanması və qeydiyyatı;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • Satınalma sənədlərinin elektronlaşdırılması və sistemləşdirilməsi;
  • 1C (8.3) proqramında sifarişlərin reyestr üzrə qeydiyyatının aparılması;
  • Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərinin yoxlanılması və Maliyyə şöbəsinə təqdim edilməsi;
  • Standart alqı-satqı müqavilələrinin hazırlanmasında iştirak;
  • Təchizatçıların ilkin və dövri qiymətləndirilməsi prosesinə dəstək;
  • Sənədlər üzrə məlumatların elektron bazaya daxil edilməsi və aktuallığının qorunması;
  • Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş prosedurlara uyğunluğunun təmin edilməsi;
  • Təchizat və logistika prosesləri üzrə sənəd dövriyyəsinə nəzarət;
  • Rəhbərliyin tapşırığına əsasən digər sənədləşmə və inzibati işlərin yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • İqtisadiyyat, təchizat və ya maliyyə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • B1–B2 səviyyəsində ingilis dili biliyi;
  • Məsuliyyətli, dəqiq və etibarlı olmaq;
  • Yüksək kommunikasiya bacarığı;
  • Operativ qərarvermə və analitik düşünmə qabiliyyəti.

Müraciət qaydası:

Müraciət üçün CV-lərinizi aşağıda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:

cv.hr@gesco.az

Şirkət Haqqında
E-poçt
cv@gesco.az
Telefon
055 206 87 89


Müraciət Et
Məlumat

Yayımlanma: 3 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar