VAKANSİYA | SƏNƏDLƏŞMƏ ÜZRƏ MÜTƏXƏSSİS
Şirkət: “GESCO” ASC
Təchizat və Logistika Departamenti üzrə Sənədləşmə üzrə mütəxəssis vəzifəsinə əməkdaş axtarır.
İş şəraiti:
- Əmək haqqı: 700 AZN (NET);
- İş qrafiki: 5 günlük, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- Əmək müqaviləsi: AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi.
Əsas vəzifələr:
- Satınalma üzrə sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- Satınalma şöbəsinə aid məktubların hazırlanması və qeydiyyatı;
- Təhvil-təslim aktlarının hazırlanması;
- Satınalma sənədlərinin elektronlaşdırılması və sistemləşdirilməsi;
- 1C (8.3) proqramında sifarişlərin reyestr üzrə qeydiyyatının aparılması;
- Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərinin yoxlanılması və Maliyyə şöbəsinə təqdim edilməsi;
- Standart alqı-satqı müqavilələrinin hazırlanmasında iştirak;
- Təchizatçıların ilkin və dövri qiymətləndirilməsi prosesinə dəstək;
- Sənədlər üzrə məlumatların elektron bazaya daxil edilməsi və aktuallığının qorunması;
- Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş prosedurlara uyğunluğunun təmin edilməsi;
- Təchizat və logistika prosesləri üzrə sənəd dövriyyəsinə nəzarət;
- Rəhbərliyin tapşırığına əsasən digər sənədləşmə və inzibati işlərin yerinə yetirilməsi.
Namizədə dair tələblər:
- İqtisadiyyat, təchizat və ya maliyyə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- B1–B2 səviyyəsində ingilis dili biliyi;
- Məsuliyyətli, dəqiq və etibarlı olmaq;
- Yüksək kommunikasiya bacarığı;
- Operativ qərarvermə və analitik düşünmə qabiliyyəti.
Müraciət qaydası:
Müraciət üçün CV-lərinizi aşağıda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
cv.hr@gesco.az