Ana Səhifə / Vakansiyalar / Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis

HumanPro

Bakı

Tamştat 💰 1500- 1700 📅 Təcrübə: 1 il
İş Təsviri

Satınalma üzrə mütəxəssis
 
İş barədə məlumat:
  

  •  İş rejimi: 5 günlük, 9.00-18.00;
  • İş yeri: Bakı şəhəri;
  • Korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1500-1700 AZN (namizədin bilik və bacarıqları əsasında təyin olunacaqdır)



  • Tələb olunan məhsul və xidmətlərin şirkətin Satınalma prosedur və qaydalarına uyğun olaraq alışının həyata keçirilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama və sifarişin bağlanması);
  •  Daxili bazar araşdırmalarının aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilini aparılması və optimal təklifin rəhbərliyə təqdim olunması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Satınalma müqavilələrinin şərtlərinin müəyyən olunması, hazırlanması və müqavilə şərtlərinə riayət olunmasına nəzarət edilməsi;
  • Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
  • Təchizat sənədlərinin düzgünlüyünün təmin olunması və aidiyyatı strukturlara təqdim edilməsi;
  • Satın alınan malın hərəkətinin izlənilməsi və vaxtında təhvil verilməsinə nəzarət olunması;
  • Təchizatçı bazasının yaradılması, yeni təchizatçıların axtarışı, təchizatçıların müxtəlif meyarlar üzrə qiymətləndirilməsi;
  • Stok və anbar ehtiyatlarını mütəmadi izləyərək, azalan məhsulların təmin olunması;
  • Satınalma fəaliyyəti və xərcləri barədə dövri hesabatların verilməsi.


  • Vəzifə öhdəlikləri:
 
Tələblər:
-        Ali təhsil;
-        Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
-       Azərbaycan və rus dillərində işgüzar danışıq;
-      MS Office proqramlarında sərbəst çalışmaq bacarığı,
-    1C proqram biliyi arzuolunandır;
-       Danışıqlar aparmaq və yüksək ünsiyyət bacarıqları;
-       Analitik düşüncə qabiliyyəti.
 
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.
 

Müraciət Et
Məlumat

Yayımlanma: 21.05.2026

Son tarix: 20.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar