Ana Səhifə / Vakansiyalar / Mühasib-Operator

Mühasib-Operator

Kolorit Restoranlar Şəbəkəsi

Bakı • Bakı şəhəri, Nizami küçəsi 83

Tamştat 💰 600 AZN 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Kolorit Restoranlar Şəbəkəsi komandasına Mühasib-Operator vakansiyası üzrə əməkdaş axtarır.

İş şəraiti:

  •  Əmək haqqı: 600 AZN
  •  İş yeri: Bakı şəhəri, Nizami küçəsi 83
  •  İş qrafiki: Həftədə 6 iş günü, 09:00 – 18:00

Vəzifə öhdəlikləri:

  • Gündəlik qaimə, qəbz və digər ilkin mühasibat sənədlərinin sistemə daxil edilməsi;
  • Gündəlik və aylıq sərfiyyatların proqram üzərindən işlənilməsi və əməliyyatların yoxlanılması;
  • Mal-material ehtiyatlarının mədaxil və məxaric əməliyyatlarının aparılması;
  • Anbar qalıqlarının mütəmadi nəzarətdə saxlanılması;
  • Aylıq inventarizasiyanın təşkili və sənədləşdirilməsi;
  • İnventar reyestrinin aparılması və yenilənməsi;
  • Hesabatların hazırlanması üçün məlumatların toplanması və mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarından, xüsusilə Excel proqramından sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə və riyazi hesablama bacarığı;
  • Diqqətli, məsuliyyətli və dəqiq işləmə vərdişi;
  • Komandada işləmək və problemləri operativ həll etmək bacarığı;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Şirkət təklif edir:

  • AR-nın Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Stabil və peşəkar iş mühiti;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini kolorit.restoran.hr@gmail.com elektron poçt ünvanına göndərə və ya ətraflı məlumat üçün 099 833 62 86 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Şirkət Haqqında
E-poçt
kolorit.restoran.hr@gmail.com
Vebsayt:


Müraciət Et
Məlumat

Yayımlanma: 21.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar