Ana Səhifə / Vakansiyalar / Təmizlik İşləri üzrə Menecer

Təmizlik İşləri üzrə Menecer

Mint Services MMC

Bakı • Bakı şəhəri, Gənclik Mall Ticarət Mərkəzi

Tamştat 💰 1500 AZN 📅 Təcrübə: Min. 3 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

MINT SERVICES MMC

Vakansiya: Təmizlik İşləri üzrə Menecer

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Gənclik Mall Ticarət Mərkəzi;
  • Əmək haqqı: 1500 AZN;
  • İş qrafiki: 6 günlük;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş ərazi üzrə təmizlik əməliyyatlarının planlaşdırılması, təşkili və effektiv idarə olunmasını təmin etmək;
  • Təmizlik işlərinin gündəlik və aylıq iş qrafiklərini hazırlamaq, icrasına nəzarət etmək;
  • Təmizlik xidmətlərinin keyfiyyət, gigiyena və əməyin mühafizəsi standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Təmizlik avadanlıqları, inventar və kimyəvi vasitələrin düzgün, təhlükəsiz və səmərəli istifadəsinə nəzarət etmək;
  • Təmizlik heyətinin iş bölgüsünü təşkil etmək, davamiyyətini və iş performansını mütəmadi qiymətləndirmək;
  • Ərazinin təmizlik vəziyyətini gündəlik yoxlamaq və aşkar olunan uyğunsuzluqların operativ aradan qaldırılmasını təmin etmək;
  • Daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Tədbirlər və xüsusi layihələr zamanı işçi qüvvəsinin və resursların effektiv şəkildə bölüşdürülməsini təşkil etmək;
  • Əməliyyat proseslərində yarana biləcək riskləri əvvəlcədən müəyyən etmək və qarşısının alınması üçün tədbirlər görmək;
  • İşçi heyəti ilə bağlı yaranan problemləri operativ şəkildə həll etmək və fasiləsiz iş prosesini təmin etmək;
  • İşə qəbul, işdən çıxış və digər HR proseslərinin düzgün və vaxtında icrasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək.

Namizədə tələblər:

  • Təmizlik xidmətləri və ya əməliyyat idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı;
  • Keyfiyyətə nəzarət, əməliyyatların koordinasiyası və problemlərin operativ həlli üzrə təcrübə;
  • Güclü təşkilatçılıq, liderlik və ünsiyyət bacarıqları;
  • Məsuliyyətli, diqqətli, təşəbbüskar və stresə davamlı olmaq;
  • Komandanın idarə olunması və komanda ilə effektiv işləmək bacarığı;
  • Xarici dil biliyi üstünlük hesab olunur.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini "Təmizlik İşləri üzrə Menecer" başlığı ilə hr@mintservices.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
hr@mintservices.az


Müraciət Et
Məlumat

Yayımlanma: 22.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar