Ana Səhifə / Vakansiyalar / Pərakəndə Satış Rəhbəri

Pərakəndə Satış Rəhbəri

Xırman MMC

Bakı • Binəqədi yolu 100

Tamştat 💰 1500 – 2500 AZN 📅 Təcrübə: minimum 3 il rəhbər vəzifə 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Pərakəndə Satış Rəhbəri

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00;
  • Əmək haqqı: 1500 – 2500 AZN;
  • İş yeri: Binəqədi yolu 100;
  • Korporativ mobil nömrə ilə təminat.

Vəzifə öhdəlikləri:

  • Şirkətin pərakəndə satış strategiyasını hazırlamaq, tətbiq etmək və davamlı inkişafını təmin etmək;
  • Pərakəndə satış komandasının gündəlik fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və yüksək performansın təmin edilməsinə nəzarət etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək, KPI göstəricilərinin icrasını izləmək və planların yerinə yetirilməsini təmin etmək;
  • Mövcud satış nöqtələri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, yeni satış nöqtələrinin cəlb olunmasını təşkil etmək;
  • Satış ərazilərinin effektiv idarə edilməsini, marşrut planlamasını və resursların optimal bölgüsünü təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyəti, qiymət siyasəti və bazar tendensiyalarını təhlil edərək rəhbərliyə təkliflər təqdim etmək;
  • Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsinə, stok səviyyəsinə, məhsul görünürlüğünə və merchandising standartlarının icrasına nəzarət etmək;
  • Satış komandasının fəaliyyətini qiymətləndirmək, motivasiya etmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşların peşəkar inkişafını dəstəkləmək;
  • Şirkətin satış siyasətinin, daxili prosedurlarının və korporativ standartlarının bütün satış nöqtələrində icrasına nəzarət etmək.
  • Namizədə tələblər
  • Ali təhsil;
  • Pərakəndə satış sahəsində, xüsusilə FMCG və ya qida sektorunda minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi;
  • Satış strategiyasının hazırlanması və komanda idarəçiliyi sahəsində praktiki təcrübə;
  • Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarıqları;
  • Danışıqların aparılması və müştəri münasibətlərinin idarə olunması üzrə yüksək bacarıqlar;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Rus dili biliyi mütləqdir;
  • Nəticəyönümlü, məsuliyyətli və yüksək ünsiyyət bacarığına malik olmaq.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Pərakəndə Satış Rəhbəri" qeyd etməklə shahla.najafova@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: 055 293 13 39

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+994552931339
Vebsayt:

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 21.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar