Memar

İnterium

Bakı • Bakı

Tamştat 💰 Namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınm 📅 Təcrübə: min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Memar

Interium — yaşayış və kommersiya məkanları üzrə interyer dizaynı, layihələndirmə, təmir-tikinti və fərdi mebel həlləri təqdim edən şirkət — komandasına peşəkar Memar axtarır.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – cümə, 5 günlük iş həftəsi;
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
  • İş yeri: Kamil Rəhimli küçəsi, Bakı.

Vəzifə öhdəlikləri:

  • Yaşayış və kommersiya obyektləri üzrə memarlıq layihələrinin hazırlanması;
  • Konsept layihələrin, planların, fasadların, kəsiklərin və işçi çertyojların hazırlanması;
  • Memarlıq həllərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanması;
  • AutoCAD və digər müvafiq proqramlar vasitəsilə layihələrin hazırlanması və redaktə edilməsi;
  • İnteryer dizaynerləri, mühəndislər və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;
  • Layihələrin icra mərhələsində müəllif nəzarətində iştirak etmək;
  • Layihəyə uyğun materialların və konstruktiv həllərin seçilməsi prosesində iştirak etmək;
  • Müştəri ehtiyaclarını və texniki tələbləri təhlil edərək optimal memarlıq həlləri təqdim etmək;
  • Layihələr üzrə yaranan texniki məsələlərin həllində iştirak etmək;
  • Layihələrin müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun şəkildə təhvil verilməsini təmin etmək.

Namizədə tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • AutoCAD və Archicad proqramlarında peşəkar işləmək bacarığı;
  • Memarlıq layihələrinin və işçi çertyojların hazırlanması üzrə praktiki təcrübə;
  • Tikinti norma və qaydaları üzrə bilik;
  • Texniki detallara diqqətli yanaşmaq və məsuliyyətli olmaq;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • İşlərin prioritetləşdirilməsi və vaxtın düzgün idarə olunması bacarığı;
  • Portfolio təqdim edilməsi mütləqdir.

Müraciət qaydası:

Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV və portfoliolarını e-poçtun mövzu hissəsində “Memar” qeyd etməklə aysel.cafarova@interium.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Portfolio təqdim edilməyən müraciətlərin qiymətləndirilməsi mümkün olmaya bilər.

Şirkət Haqqında
E-poçt
aysel.cafarova@interium.az


Müraciət Et
Məlumat

Yayımlanma: 10 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar