Ana Səhifə / Vakansiyalar / MARKETİNQ MENECERİ

MARKETİNQ MENECERİ

HumanPro

Bakı • Bakı

Tamştat 💰 2500-3000 AZN + KPI əsaslı bonuslar 📅 Təcrübə: Marketinq sahəsində 7-10 il və daha artıq, o cümlədən rəhbər vəzifədə iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

MARKETİNQ MENECERİ

Beynəlxalq B2B sektorunda fəaliyyət göstərən şirkətə marketinq strategiyası, brend inkişafı və komanda idarəçiliyi üzrə təcrübəli Marketinq meneceri tələb olunur.

İş şəraiti:

  • Əməkhaqqı: 2500-3000 AZN + KPI əsaslı bonuslar;
  • İş qrafiki: Həftədə 5 gün;
  • Beynəlxalq B2B mühitində fəaliyyət;
  • Peşəkar inkişaf və beynəlxalq layihələrdə iştirak;
  • Xarici ezamiyyətlər və sərgilərdə iştirak imkanı;
  • Şirkətin strateji inkişafında iştirak;
  • Sınaq müddətindən sonra tibbi sığorta.

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq bazarlar üzrə marketinq və brend strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Marketinq büdcəsini idarə etmək, ROI, CPL və CAC göstəricilərinə nəzarət etmək;
  • SEO, PPC, SMM, e-mail marketinqi və veb-sayt üzrə rəqəmsal strategiyanı formalaşdırmaq;
  • PR, korporativ kommunikasiya və brend tanınmasını inkişaf etdirmək;
  • B2B satış komandası üçün potensial müştəri axınını təmin etmək;
  • Bazar, rəqib və hədəf auditoriyanı təhlil etmək;
  • Beynəlxalq sərgi və tədbirlər üzrə marketinq kampaniyalarını planlaşdırmaq;
  • Marketinq komandasını və xarici podratçıları idarə etmək;
  • Kontent strategiyasını hazırlamaq və marketinq materiallarının keyfiyyətinə nəzarət etmək;
  • KPI və analitika sistemlərini tətbiq etmək, nəticələri təhlil etmək;
  • Rəhbərliyə hesabatlar təqdim etmək;
  • Satış və digər struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Şirkəti beynəlxalq tədbirlərdə təmsil etmək.

Namizədə tələblər:

  • Marketinq sahəsində 7-10 il və daha artıq, o cümlədən rəhbər vəzifədə iş təcrübəsi;
  • B2B marketinq təcrübəsi mütləqdir;
  • Tədbir və sərgi sektorunda təcrübə üstünlükdür;
  • Marketinq, biznes, kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq strategiyalarının hazırlanması və icrası üzrə təcrübə;
  • Komanda və xarici podratçıları idarə etmək bacarığı;
  • SEO, PPC, SMM, performance marketing və veb-analitika bilikləri;
  • Brend idarəçiliyi, PR və korporativ kommunikasiya təcrübəsi;
  • CRM sistemləri və marketinq analitikası ilə işləmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Strateji düşünmə, liderlik, analitik təhlil və qərarvermə bacarıqları;
  • Məsuliyyətli və nəticəyönümlü olmaq.
  • Tabeçilik və hesabatlılıq:
  • Birbaşa direktor müavininə hesabat vermək, satış direktoru və digər struktur bölmələrlə əməkdaşlıq etmək.

Müraciət qaydası:Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız göstərilən tələblərə uyğun namizədlərin müraciət etməsi xahiş olunur.


Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 23 noyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar