Memar
Interium — yaşayış və kommersiya məkanları üzrə interyer dizaynı, layihələndirmə, təmir-tikinti və fərdi mebel həlləri təqdim edən şirkət — komandasına peşəkar Memar axtarır.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – cümə, 5 günlük iş həftəsi;
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
- İş yeri: Kamil Rəhimli küçəsi, Bakı.
Vəzifə öhdəlikləri:
- Yaşayış və kommersiya obyektləri üzrə memarlıq layihələrinin hazırlanması;
- Konsept layihələrin, planların, fasadların, kəsiklərin və işçi çertyojların hazırlanması;
- Memarlıq həllərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanması;
- AutoCAD və digər müvafiq proqramlar vasitəsilə layihələrin hazırlanması və redaktə edilməsi;
- İnteryer dizaynerləri, mühəndislər və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;
- Layihələrin icra mərhələsində müəllif nəzarətində iştirak etmək;
- Layihəyə uyğun materialların və konstruktiv həllərin seçilməsi prosesində iştirak etmək;
- Müştəri ehtiyaclarını və texniki tələbləri təhlil edərək optimal memarlıq həlləri təqdim etmək;
- Layihələr üzrə yaranan texniki məsələlərin həllində iştirak etmək;
- Layihələrin müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun şəkildə təhvil verilməsini təmin etmək.
Namizədə tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- AutoCAD və Archicad proqramlarında peşəkar işləmək bacarığı;
- Memarlıq layihələrinin və işçi çertyojların hazırlanması üzrə praktiki təcrübə;
- Tikinti norma və qaydaları üzrə bilik;
- Texniki detallara diqqətli yanaşmaq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komanda ilə effektiv işləmək bacarığı;
- İşlərin prioritetləşdirilməsi və vaxtın düzgün idarə olunması bacarığı;
- Portfolio təqdim edilməsi mütləqdir.
Müraciət qaydası:
Vakansiyanın tələblərinə uyğun namizədlərdən CV və portfoliolarını e-poçtun mövzu hissəsində “Memar” qeyd etməklə aysel.cafarova@interium.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Portfolio təqdim edilməyən müraciətlərin qiymətləndirilməsi mümkün olmaya bilər.