Ana Səhifə / Vakansiyalar / Maliyyə şöbəsinin müdiri

Maliyyə şöbəsinin müdiri

Cənnət Park

Bakı

Tamştat 💰 3000 📅 Təcrübə: 3 il
İş Təsviri

Maliyyə şöbəsinin müdiri

İş barədə məlumat:

 -         İş yeri: Bakı şəhəri ;

 -        Əmək haqqı: 3000 + AZN;

-         Nahar şirkət tərəfindən təmin olunur;

-         İş rejimi - 6 günlük.

Vəzifə öhdəlikləri:

-         Kreditorlardan alışlar üzrə əməliyyatların analiz edilməsi;

-         Gəlir və xərclərin (P&L) təhlil edilməsi, izlənməsi;

-         Mənfəət və zərər hesabatının analizi və təqdim edilməsi;

-         Xərclərin təyinata uyğunluğunu izləmək;

-         Vergi bəyannamələrinin və digər vergi hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət;

-         Müəyyən olunmuş qaydalara müvafiq olaraq müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını;

-         Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının uçotda düzgün əks etdirilməsi;

-         Maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;

-         Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

-         Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək,

-         Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;

-         Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi;

-         Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması.

Vəzifəyə dair tələblər:

·       Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);

·       Maliyyəçi  kimi 3 ildən çox iş təcrübəsi;

·       30 – 40 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;

·       Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli, F3 F7 biliklərinin olması

·       Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunları bilməli;

·       Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);

·       E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;

·       Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək səriştəsi olmalı;

·       Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır.


Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək info@cennetpark.az  elektron ünvanına göndərməlidirlər.

Müraciət Et
Məlumat

Yayımlanma: 29.05.2026

Son tarix: 28.06.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar