Ana Səhifə / Vakansiyalar / İcraçı direktorun köməkçisi
M

İcraçı direktorun köməkçisi

MyCoach Training & Consulting

Bakı • Bakı

Tamştat 💰 1000–1200 AZN 📅 Təcrübə: Min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Şirkət: MyCoach Training & Consulting

MyCoach Training & Consulting şirkəti icraçı direktorun gündəlik fəaliyyətinin effektiv təşkilini təmin edəcək, yüksək təşkilatçılıq və koordinasiya bacarıqlarına malik İcraçı direktorun köməkçisi axtarır.

İş şəraiti:

  • İş yeri: ADAS Plaza, Süleyman Sani Axundov küçəsi;
  • Əmək haqqı: 1000–1200 AZN;
  • İş qrafiki: Həftədə 6 iş günü;
  • İstirahət günü: Həftəiçi günlərdən biri seçilə bilər.

Əsas vəzifələr:

  • İcraçı direktorun gündəlik iş prosesini və iş təqvimini idarə etmək;
  • Görüşlərin, tədbirlərin və ezamiyyətlərin planlaşdırılmasını və koordinasiyasını həyata keçirmək;
  • Verilmiş tapşırıqların icrasını izləmək və vaxtında tamamlanmasını təmin etmək;
  • Daxili və xarici yazışmaları idarə etmək;
  • Görüş protokollarını, təqdimatları və hesabatları hazırlamaq;
  • Təlimlərin, tədbirlərin və layihələrin təşkilində iştirak etmək;
  • Komanda üzvləri, tərəfdaşlar və digər əlaqəli şəxslərlə koordinasiyanı təmin etmək;
  • Sənədlərin, müqavilələrin və digər məlumatların sistemli şəkildə idarə olunmasını təmin etmək;
  • CRM və digər daxili sistemlərdə məlumatların düzgün və vaxtında işlənməsinə nəzarət etmək;
  • İcraçı direktor tərəfindən verilən digər inzibati və əməliyyat tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • İcraçı direktorun köməkçisi, ofis meneceri, layihə koordinatoru və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı, ingilis dili biliyi isə üstünlükdür.
  • Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Prioritetləri düzgün müəyyənləşdirmək və eyni anda bir neçə prosesi idarə etmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Google Workspace və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Sənədlərlə, hesabatlarla və işgüzar yazışmalarla işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq;
  • Məxfi məlumatlarla işləmə bacarığı və yüksək peşə etikası.

Şəxsi keyfiyyətlər:

  • İnkişafyönümlü və dinamik iş mühiti;
  • Karyera və şəxsi inkişaf üçün davamlı öyrənmə imkanları;
  • Müxtəlif layihələrdə iştirak və yeni bacarıqlar əldə etmək imkanı;
  • Performansa əsaslanan motivasiya sistemi;
  • Sağlam, dəstəkləyici və stresssiz iş mühiti.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İcraçı direktorun köməkçisi” qeyd etməklə info@office-mycoach.com elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
kerimovismailcoaching@gmail.com
Telefon
+994 55 634 73 67


Müraciət Et
Məlumat

Yayımlanma: 6 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar