Giləzi Quşçuluq şirkəti MMC
Bakı
Hüquqşünas
📌 Tələblər:
* Hüquq üzrə ali təhsilli bəy
namizədlər (magistr dərəcəsinin olması üstünlükdür);
* Korporativ hüquq sahəsində 5
il iş təcrübəsi;
* Azərbaycan Respublikasının
Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati
Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək
Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
* Analitik düşünmə və problemləri
həll etmə bacarığı;
* Hüquqi nitq və peşəkar
yazışma qabiliyyəti;
* Dil bilikləri: Azərbaycan,
Rus dili – yüksək səviyyədə, ingilis dili – arzuolunandır;
* E-taxes.gov.az,
e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
* Ofis
proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
* Hüquqi sənədlərin
sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
📌 Vəzifə öhdəlikləri:
* Şirkətin
bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində
araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
* Qüvvədə olan
mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri
üzrə hüquqi məsləhətlərin verilməsi;
* Şirkətin
hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil
edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin
aparılması;
* Daxili
korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin
hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
* Hüquqi məsələlərlə
bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində
cavablandırılması;
* Müəssisənin
adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin
mənafelərinə uyğun olan müqavilələrin imza ilə təsdiqi və ya onlara dair yazılı
rəyin verilməsi, həmçinin, qanuna, habelə müəssisənin mənafelərinə zidd əqdlərin
tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yazılı rəyin
verilməsi;
* Müəssisənin fəaliyyətində
ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.
📌 İş şəraiti:
* Azərbaycan
Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
* 6 günlük iş
qrafiki (şənbə günü qısaldılmış);
* Əmək haqqı:
1500 AZN;
* İş yeri: Nərimanov
rayonu, Əhməd Rəcəbli.
📩 Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab
verən namizədlərdən öz CV-lərini ir@gilezi.com elektron poçtuna mövzu hissəsində
“Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.
Yayımlanma: 21.05.2026
Son tarix: 20.06.2026
Vakansiya növü: SADƏ