Ana Səhifə / Vakansiyalar / HR / İR mütəxəssisi

HR / İR mütəxəssisi

Qaya Nəqliyyat MMC

Bakı • Bakı

Tamştat 💰 1500 – 3000 AZN 📅 Təcrübə: Min. 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

HR Mütəxəssisi

Şirkət: Qaya Nəqliyyat MMC

Əmək haqqı: 1500 – 3000 AZN

Vəzifə öhdəlikləri:

  • Vakansiyaların hazırlanması, yayımlanması və işə qəbul prosesinin koordinasiyası; 
  • Daxil olan CV-lərin təhlili, uyğun namizədlərin seçilməsi və müsahibələrin təşkili; 
  • Namizədlərin aktiv axtarışı (headhunting) və cəlb edilməsi; 
  • İşə qəbul prosesinin A-dan Z-yə idarə olunması; 
  • Namizədlərlə effektiv kommunikasiya və vaxtında geri bildirimlərin təqdim edilməsi; 
  • Kadr ehtiyaclarının müəyyənləşdirilməsi, iş analizi və işçi planlamasının həyata keçirilməsi; 
  • İşə qəbul strategiyalarının hazırlanması və tətbiqi; 
  • HR sistemlərinin qurulması, təkmilləşdirilməsi və idarə olunması; 
  • Əmək müqavilələrinin hazırlanması, kadr əmrlərinin və digər sənədlərin rəsmiləşdirilməsi; 
  • İş vaxtının uçotu, aylıq tabel cədvəllərinin hazırlanması və nəzarəti; 
  • Məzuniyyətlərin hesablanması və uçotunun aparılması; 
  • İşdən azad olunma prosedurlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun icrası; 
  • Performans qiymətləndirmə və motivasiya sistemlərinin hazırlanması və tətbiqi; 
  • Sınaq müddətində olan əməkdaşların fəaliyyətinin izlənilməsi; 
  • İşçi münasibətlərinin idarə olunması və yaranan məsələlərin operativ həlli; 
  • Rəhbərliyə HR sahəsi üzrə analitik hesabatların və strateji təkliflərin təqdim edilməsi; 
  • Əmək qanunvericiliyinin tələblərinə tam uyğunluğun təmin edilməsi. 
  • Üstünlük veriləcək: SƏTƏM sahəsində bilik və ya iş təcrübəsinə malik namizədlərə.

Namizədə tələblər:

  • Ali təhsil (İnsan Resursları, İdarəetmə, Hüquq və ya digər uyğun ixtisas üzrə); 
  • HR sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • İşə qəbul, kadr kargüzarlığı və əmək münasibətləri üzrə praktiki biliklər; 
  • Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı; 
  • Yüksək ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarığı; 
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; 
  • Yaş: 30–55. 

Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-lərini a.farzaliyev@qayaneqliyyat.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında

Qaya Neqliyyat Azərbaycanın ən böyük nəqliyyat və logistika şirkətidir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 30 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar