Call Center Mütəxəssisi
İş şəraiti:
- Əmək haqqı: 600 AZN;
- Stabil və peşəkar iş mühiti;
- Karyera inkişafı imkanı.
Vəzifə öhdəlikləri:
- Gecikmədə olan müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq;
- Müştərilərlə effektiv danışıqlar apararaq ödənişlərin həyata keçirilməsini təmin etmək;
- Ödənişlərin bərpası məqsədilə razılaşmalar əldə etmək və prosesə nəzarət etmək;
- Müştəri məlumatlarını sistemdə düzgün qeyd etmək və yeniləmək;
- Görülən işlər üzrə gündəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Problemli kreditlərin yığımı, gecikmədə olan borcların idarə olunması və ya Call Center sahəsində minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət, inandırma və müştəri ilə işləmək bacarığı;
- Çətin situasiyalarda peşəkar danışıq aparmaq və nəticəyönümlü yanaşma sərgiləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və stresə davamlı olmaq.
Qeyd:
• Yalnız müvafiq təcrübəyə malik namizədlərin müraciət etməsi xahiş olunur.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində "Call Center Mütəxəssisi" qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərsiniz.