Topdansatış nümayəndəsi
KAAN şirkəti satış komandasını gücləndirmək məqsədilə topdansatış sahəsində təcrübəli, nəticəyönümlü və müştəri münasibətlərinin qurulmasında peşəkar Topdansatış nümayəndəsi axtarır.
İş şəraiti:
- Əmək haqqı: 700–800 AZN + satış nəticələrinə əsasən bonuslar;
- İş qrafiki: 6 günlük;
- Bazar ertəsi–cümə: 09:00–17:00;
- Şənbə: 09:00–14:00;
- Nahar: Şirkət tərəfindən təmin edilir.;
- Korporativ rabitə: Korporativ nömrə və danışıq limiti şirkət tərəfindən təmin edilir.;
- İş ünvanı: Babək prospekti 2222, KAAN şirkəti.
Vəzifə öhdəlikləri:
- Yeni potensial müştərilərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli və davamlı əməkdaşlıq münasibətlərinin qurulması;
- Potensial müştərilərlə telefon, e-poçt və birbaşa görüşlər vasitəsilə əlaqələrin yaradılması;
- Yeni əməkdaşlıqlar və müqavilələrin bağlanması məqsədilə müştəri görüşlərinin təşkili və keçirilməsi;
- Müştərilərə məhsulların təqdim edilməsi və kommersiya təkliflərinin hazırlanması;
- Müştəri ziyarətlərinin və aparılan danışıqların nəticələrinin izlənilməsi;
- Satış planlarının icrasının təmin edilməsi;
- Satış imkanlarının artırılması məqsədilə bazarın və mövcud trendlərin izlənilməsi;
- Satış proseslərinin təkmilləşdirilməsi və iş effektivliyinin artırılması ilə bağlı təkliflərin hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Aylıq, rüblük və illik satış hesabatlarının hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Topdansatış sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Avtomobil sektorunda satış təcrübəsi və ya müştəri bazasının olması üstünlükdür;
- Aktiv müştəri portfelinin olması üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Satış və nəticə yönümlü düşüncə;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və diqqətlilik;
- Eyni vaxtda bir neçə tapşırığı effektiv şəkildə idarə etmək bacarığı;
- MS Office, xüsusilə Microsoft Excel proqramından yaxşı istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus və türk dillərini bilmək üstünlükdür;
- İşin xüsusiyyətinə uyğun olaraq şəxsi avtomobilin olması.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində “Topdansatış nümayəndəsi” qeyd etməklə Mirvari.askerova@kaan.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.