Ana Səhifə / Vakansiyalar / Supervayzer

Supervayzer

Xırman MMC

Bakı • Bakı

Tamştat 💰 1500-2000 AZN 📅 Təcrübə: Rəhbər vəzifədə minimum 2 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

Supervayzer

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00
  • Əmək haqqı: 1500-2000 AZN;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Yanacaq xərclərinin qarşılanması.

Vəzifə öhdəlikləri:

  • Tabeliyində olan mağazaların və əməkdaşların gündəlik fəaliyyətini effektiv şəkildə idarə etmək və koordinasiya etmək;
  • Satış və əməliyyat göstəricilərini (KPI) müəyyənləşdirmək, icrasına nəzarət etmək, nəticələri təhlil etmək və hesabatlandırmaq;
  • Komandanın iş bölgüsünü planlaşdırmaq, əməkdaşların motivasiyasını artırmaq, inkişafını dəstəkləmək və fəaliyyətini qiymətləndirmək;
  • Gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətin daxili qayda, prosedur və korporativ standartlarının mağazalarda düzgün tətbiq olunmasını təmin etmək;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək;
  • Məhsul mövcudluğu, stok səviyyəsi, vitrin standartları və merchandising qaydalarının icrasına nəzarət etmək;
  • İş prosesində yaranan problemləri və operativ məsələləri vaxtında həll etmək;
  • Satış həcminin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
  • Mağazaların fəaliyyətini mütəmadi olaraq monitorinq etmək və nəticələrə əsasən inkişaf planları hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Pərakəndə satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Liderlik, komanda idarəetməsi və effektiv qərarvermə bacarıqları;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (rus dili mütləqdir);
  • Analitik düşünmə, nəticəyönümlü və məsuliyyətli yanaşma;
  • MS Office proqramları və 1C proqramında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və planlaşdırma bacarıqları;
  • Şəxsi minik avtomobilinin olması mütləqdir.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Supervayzer" qeyd etməklə shahla.najafova@xirman.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055 293 13 39

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+994552931339
Vebsayt:

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 21.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar