Ana Səhifə / Vakansiyalar / SƏTƏM KOORDİNATORU

SƏTƏM KOORDİNATORU

HumanPro

Sumqayıt • Sumqayıt

Tamştat 💰 2000-2500 AZN 📅 Təcrübə: Minimum 3 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, İngilis
İş Təsviri

SƏTƏM KOORDİNATORU

Tikinti şirkətinə təcrübəli SƏTƏM Koordinatoru axtarılır.

İş şəraiti:

  • Əmək haqqı: 2000-2500 AZN
  • İş qrafiki: Həftədə 6 iş günü, 08:00 -17:00
  • İş yeri: Sumqayıt şəhəri
  • Əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

Əsas vəzifələr:

  • Şirkətdə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması üzrə qanunvericilik, normativ tələblər və daxili prosedurların icrasını koordinasiya etmək;
  • İş sahələrində SƏTƏM tədbirlərinin tətbiqini təşkil etmək və təhlükəsiz iş mühitinə nəzarət etmək;
  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesini koordinasiya etmək;
  • Risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə tədbirlərin icrasını izləmək;
  • İşçilər üçün ilkin, təkrar və məqsədli təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək;
  • İstehsalat qəzaları, insidentlər, təhlükəli hadisələr və uyğunsuzluqların araşdırılmasını koordinasiya etmək;
  • Hadisələrin kök səbəblərini müəyyənləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Sətəm üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını təmin etmək;
  • Fərdi mühafizə vasitələrinə olan tələbatın müəyyənləşdirilməsini, düzgün seçilməsini və istifadəsini koordinasiya etmək;
  • İş sahələrində müntəzəm audit və yoxlamalar təşkil etmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
  • Podratçı və subpodratçı təşkilatların SƏTƏM tələblərinə uyğun fəaliyyətini koordinasiya və nəzarət etmək;
  • Fövqəladə hallara hazırlıq tədbirlərinin və təlimlərin keçirilməsini təşkil etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Neft, qaz və kimya sahələrində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaş həddi: 27–45;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Risk qiymətləndirilməsi, insident araşdırılması, auditlərin təşkili və SƏTƏM sənədlərinin hazırlanması üzrə bilik və bacarıqlar;
  • ISO 45001 və ISO 14001 standartları üzrə bilik;
  • NEBOSH, IOSH və ya digər SƏTƏM sertifikatlarının olması üstünlükdür;
  • Təşkilatçılıq, koordinasiya, analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək bacarığı.

Müraciət üçün:

Maraqlanan namizədlər CV-lərini mövzu yerində “SƏTƏM Koordinatoru” qeyd edərək cv@humanpro.az ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 8 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar