Ana Səhifə / Vakansiyalar / Qonaqlarla Əlaqələr üzrə Agent / Nümayəndə (Guest Relations Agent)

Qonaqlarla Əlaqələr üzrə Agent / Nümayəndə (Guest Relations Agent)

Quba Palace Hotel

Bakı • Quba

Tamştat 💰 700–800 AZN 📅 Təcrübə: min. 1 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

Vakansiya: Qonaqlarla Əlaqələr üzrə Agent / Nümayəndə (Guest Relations Agent)

Şirkət: Quba Palace Hotel

Müştəriyönümlü və dinamik Qonaqlarla Əlaqələr üzrə Agent axtarırıq! Əsas məqsədiniz hotel qonaqlarında unudulmaz təəssürat yaratmaq, onların müraciət və rəylərini diqqətlə dinləyib operativ şəkildə həll etmək və xidmət keyfiyyətini yüksək hospitaliti standartlarına uyğun saxlamaqdır.

İş şəraiti:

  • İş yeri: Quba;
  • İş qrafiki: Həftədə 6 iş günü;
  • Əmək haqqı: 700–800 AZN;
  • Nəqliyyat, yaşayış yeri və qidalanma təmin olunur.

Vəzifə öhdəlikləri:

  • VIP və daimi qonaqların qarşılanması, gəlişdən gedişədək fərdi xidmət və dəstəyin göstərilməsi;
  • Qonaqların müraciət, rəy və şikayətlərinin dinlənilməsi və yaranan məsələlərin operativ şəkildə həll edilməsi;
  • Hotel xidmətləri, restoranlar, tədbirlər və ətraf ərazilərdə gəzməli yerlər haqqında qonaqlara ətraflı məlumat verilməsi;
  • Ad günü, ildönümü və digər xüsusi günlərlə bağlı qonaqların istəklərinin təşkilinin koordinasiya edilməsi;
  • Front Office, Housekeeping və F&B şöbələri ilə sıx koordinasiyada çalışılması;
  • Qonaq məmnuniyyəti sorğularının aparılması;
  • Qonaq rəylərinin təhlil edilərək rəhbərliyə təqdim olunması.

Namizədə tələblər:

  • Turizm və otelçilik sahəsində ali təhsil arzuolunandır;
  • Otelçilik sahəsində, xüsusilə Guest Relations və ya Reception üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
  • Hotel idarəetmə proqramları, xüsusilə Opera və analoji sistemlər üzrə bilik;
  • Əla ünsiyyət və dinləmə bacarığı;
  • Konfliktləri idarə etmək və çətin situasiyalarda operativ qərar vermək bacarığı;
  • Gülərüz, səliqəli görünüş və korporativ etiket qaydalarına riayət etmək;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Müraciət qaydası:

CV-lərinizi hr@qubapalace.com elektron poçt ünvanına göndərə bilərsiniz.


Şirkət Haqqında

Azərbaycanın ən gözəl bölgələrindən birinin mərkəzində yerləşən Quba Palace, zəriflik, komfort və qüsursuz xidmət təqdim edən beş ulduzlu bir istirahət məkanıdır. Möhtəşəm dağlar və yaşıl meşələrlə əhatə olunmuş otel, təbiət mənzərəsi ilə ahəng təşkil edərək unikal rahatlıq və eksklüzivlik atmosferi yaradır. İstər bərpaedici istirahət, istər unudulmaz təcrübələr, istərsə də dünya səviyyəli əyləncə axtarırsınızsa, Quba Palace bütün bunları sizə təqdim edir.


Müraciət Et
Məlumat

Yayımlanma: 15 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar