Mühasib
Rəvan Commers
Bakı •
Bakı
Tamştat
💰
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol
📅 Təcrübə:
Min. 2 il
🎓 Təhsil:
Bakalavr
İş Təsviri
Mühasib
Namizədə tələblər:
- Xanım namizədlər;
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- 1C, MS Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı;
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Analitik düşünmə, məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Yaş həddi: 28 və yuxarı.
Vəzifə öhdəlikləri:
- Vergi, mühasibat uçotu, DSMF və statistika ilə bağlı əməliyyatların qanunvericiliyə uyğun həyata keçirilməsi;
- Aylıq, rüblük və illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət qurumlarına vaxtında təqdim edilməsi;
- Bütün növ maliyyə və mühasibat hesabatlarının hazırlanması;
- Elektron qaimə-fakturaların və vergi hesab-fakturalarının tərtib edilməsi;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası və vergi qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
- Vergi və mühasibat uçotunun düzgün aparılmasının təmin edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların izlənilməsi və cavablandırılması;
- Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi;
- Əməkhaqqının, məzuniyyətlərin və digər əmək ödənişlərinin hesablanması;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıq tapşırıqlarının yerinə yetirilməsi.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini hr@nurgun.az elektron poçt ünvanına göndərə bilərlər.