Vakansiya: MEP üzrə mühəndis
İş şəraiti:
- Şirkət: Faber Construction
- Əmək haqqı: 2500 - 3000 AZN - namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən ediləcək;
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi.
Vəzifə öhdəlikləri:
- Tikinti obyektlərində bütün MEP sistemlərinin - mexanika, elektrik, santexnika, havalandırma və yanğından mühafizə sistemlərinin quraşdırılması işlərinə və görülən işlərin keyfiyyətinə birbaşa nəzarət etmək;
- MEP layihə və çertyojlarının memarlıq və konstruksiya layihələri ilə uyğunluğunu yoxlamaq, mümkün kəsişmələri müəyyən etmək və koordinasiya etmək;
- Podratçı və subpodratçıların həyata keçirdiyi MEP işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki tələblərə və dövlət standartlarına uyğunluğunu yoxlamaq;
- Material və avadanlıqların texniki göstəricilərini (Data Sheet) yoxlamaq, uyğunluğunu qiymətləndirmək və sahədə düzgün tətbiqinə nəzarət etmək;
- MEP sistemlərinin sınaqdan keçirilməsi və sazlanması (Testing & Commissioning) proseslərində iştirak etmək;
- MEP sistemlərinin təhvil-təslim prosesində iştirak etmək;
- Sahədə yaranan texniki uyğunsuzluqları və problemləri müəyyən etmək, onların operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
- Görülən işlərin layihə tələblərinə, tikinti norma və qaydalarına uyğunluğuna nəzarət etmək.
Namizədə dair tələblər:
- Yaş həddi: 30–50 yaş;
- Mexanika mühəndisliyi, elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- İrimiqyaslı yaşayış kompleksləri və premium binaların daxili və xarici mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə geniş iş təcrübəsi;
- AutoCAD proqramını və mühəndis layihə və çertyojlarını yüksək səviyyədə bilmək;
- MEP avadanlıqları və müasir quraşdırma texnologiyaları üzrə dərin biliklər;
- Müvafiq tikinti norma və qaydalarını (TNvəQ) bilmək;
- Layihələrarası koordinasiya və texniki uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
- Sahədə yaranan texniki çətinlikləri operativ təhlil və həll etmək bacarığı;
- Podratçı və subpodratçı komandaları ilə effektiv işləmək;
- Komandada səmərəli işləmək, məsuliyyətli və nəticəyönümlü olmaq.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini afgan.isgandarli@faberconstruction.info elektron poçt ünvanına mövzu hissəsində “MEP üzrə mühəndis” qeyd etməklə göndərə bilərlər.
Əlavə məlumat üçün: +994 10 382 80 21
Uyğun namizədlərlə ilkin dəyərləndirmədən sonra əlaqə saxlanılacaq.