Vakansiya: Anbar müdiri
Şirkət: Rovshanoglu Holding
İş şəraiti:
- İş yeri: Lüks Market;
- İş ünvanı: Şəmkir rayonu;
- Əmək haqqı: 1000 AZN+;
- İş qrafiki: Həftədə 6 gün, 09:00–18:00;
- Nahar: Təmin edilir.
Vəzifə öhdəlikləri:
- Market anbarının gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Məhsulların qəbulu, yerləşdirilməsi və düzgün saxlanılmasına nəzarət;
- Anbara daxil olan və çıxan məhsulların uçotunun aparılması;
- Məhsul qalıqlarına və inventarizasiyaya nəzarət;
- Anbar əməkdaşlarının fəaliyyətinin koordinasiya edilməsi;
- Məhsul itkilərinin və uyğunsuzluqların qarşısının alınması.
Namizədə tələblər:
- Şəmkir rayonunda və ya Şəmkir rayonuna yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- Ali təhsil (iqtisadi və ya sosial sahə üzrə);
- Market sahəsində ən azı 3 il orta rəhbər heyətdə və ya anbar sahəsində iş təcrübəsi;
- Anbar proseslərinin idarə olunması və nəzarətində təcrübə;
- Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- MS Office, xüsusilə Excel və 1C proqramında işləmə bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini alamdar.hasanov@rovshanoglu.com elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 077 477 17 14