İqtisadiyyat və Kimya Fakültələri
üzrə dispetçerlər axtarılır
İş barədə məlumat
- Ali
təhsil müəssisəsində mövcud tədris planları, normativlər və illik tədris
yükü əsasında dərs cədvəllərinin hazırlanması və tənzimlənməsi;
- Fakültələr
üzrə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün
auditoriyaların müəyyənləşdirilməsi və cədvəllərdə nəzərə alınması;
- Tələbələrin
davamiyyəti, semestr ərzində əldə etdiyi nəticələr və imtahan
göstəriciləri barədə fakültə rəhbərliyinin məlumatlandırılması;
- Tədris-metodiki
şöbəyə tələb olunan hesabat və məlumatların təqdim edilməsi.
İş qrafiki
- 6
günlük iş həftəsi
- Həftə
içi: 09:00 – 17:00
- Şənbə
günü: 09:00 – 15:00
İş
yeri / Ünvan
- Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet
küç. 1
Moskva Dövlət
Universitetinin Bakı Filialın Kampusu
Əmək haqqı
- Əmək
haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında
müəyyən ediləcək.
Namizədə tələblər
- Ali
təhsil (bakalavr və ya magistr dərəcəsi);
- MS
Office proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan
və rus dillərini bilməsi;
- Dəqiq,
məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Yüksək
təşkilatçılıq və kommunikasiya bacarıqları.
Müraciət qaydası
Maraqlanan namizədlər Azərbaycan və ya rus dilində hazırlanmış şəkilli
CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd
etməklə hr@msu.edu.az elektron
poçt ünvanına göndərə bilərlər.