Ana Səhifə / Vakansiyalar / Cihazlar üzrə mühəndis

Cihazlar üzrə mühəndis

PENOPLEX PRİKAVKAZYE MMC

Bakı • Hacıqabul rayonu, Atbulaq kənd

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 📅 Təcrübə: min. 5 il 🎓 Təhsil: Kollec
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

«PENOPLEX PRİKAVKAZYE» zavoduna təcili olaraq Cihazlar üzrə mühəndis (NÖC və A mühəndisi) tələb olunur.


İş şəraiti:

  • İş yeri: Hacıqabul rayonu, Atbulaq kəndi, «PENOPLEX PRİKAVKAZYE» zavodu;
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı razılaşdırılır;
  • İşə gediş-gəliş: 20 Yanvar metro stansiyasından şirkət tərəfindən transfer təmin olunur;
  • Nahar: Şirkət tərəfindən təmin edilir;
  • Mobil rabitə: Şirkət tərəfindən təmin edilir.

Vəzifə öhdəlikləri:

  • Ekstrüdə penopolistirol istehsalı sexində nəzarət-ölçü cihazlarının (NÖC), texnoloji proseslərin avtomatik idarəetmə sistemlərinin (TPAİS) və qəzadan mühafizə sistemlərinin (QMS) fasiləsiz və düzgün texniki istismarını təmin etmək;
  • İstehsalat sahəsinin metroloji təminatı üzrə işlərin təşkilini həyata keçirmək;
  • Texniki istismar və xidmət işlərini normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Nasaz texniki vasitələrin istifadəyə buraxılmasının qarşısını almaq;
  • TPAİS sistemlərinin iş prinsiplərini bilmək və daim təkmilləşdirmək;
  • Planlı profilaktik və texniki xidmət işlərini təşkil etmək;
  • Avadanlıqların montajı, saxlanması və texniki vəziyyətinə nəzarət etmək;
  • İnformasiya və idarəetmə komplekslərinin qəbul-təhvil sınaqlarında iştirak etmək;
  • Yeni idarəetmə sistemlərinin layihələndirilməsi, alqoritmləşdirilməsi və proqramlaşdırılması üzrə işlərdə iştirak etmək;
  • Ehtiyat hissələri, material və avadanlıqlar üzrə sifarişlərin hazırlanmasında iştirak etmək;
  • Avadanlıqların texniki vəziyyəti, təmir ehtiyacları və tələb olunan resurslar barədə rəhbərliyə məlumat vermək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili əmək intizamı qaydalarına riayət etmək;
  • Yeni texniki vasitələri mənimsəmək və peşəkar inkişafını davam etdirmək;
  • Müəssisənin büdcə planlaşdırılması və təsdiq olunmuş büdcə çərçivəsində vəsaitlərin istifadəsinə nəzarətdə iştirak etmək;
  • Hesabatların, ilkin sənədlərin və texniki məlumatların vaxtında hazırlanmasını təmin etmək.

Namizədə tələblər:

  • Təhsil: Ali texniki təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Rus dili əla səviyyədə;
  • Kompüter bilikləri:
  • MS Office proqramları (Excel, Word, Outlook, PowerPoint, Access);
  • İnternet və elektron poçtla işləmə bacarığı;
  • TiaPortal və 1C proqramları üzrə biliklər;
  • Şəxsi avtomobil: Arzuolunandır.

Müraciət qaydası:

Namizədlərdən CV-lərini rus dilində aşağıdakı elektron ünvana göndərmələri xahiş olunur:

📩 r.aliyeva@Penoplex.ru

Şirkət Haqqında
E-poçt
r.aliyeva@Penoplex.ru


Müraciət Et
Məlumat

Yayımlanma: 4 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar