Business Development Manager
İş şəraiti:
- İş qrafiki: Tam iş günü;
- İş saatı: 10:00–18:00
- İş yeri: Bakı
- Əmək haqqı: 900 – 1100 AZN + satışdan bonus
Vəzifə öhdəlikləri:
- Şirkətin biznesin inkişafı və korporativ satış strategiyasının həyata keçirilməsi;
- Tikinti şirkətləri, hotellər, yaşayış kompleksləri, idman və SPA mərkəzləri, eləcə də digər potensial B2B müştərilərin müəyyən edilməsi və cəlb olunması;
- Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
- Yeni layihələrin araşdırılması, satış imkanlarının müəyyənləşdirilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
- Soyuq zənglər (Cold Calling), Lead Generation və digər satış alətlərindən istifadə etməklə yeni müştərilərin cəlb edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə prosesinin idarə olunması;
- Mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
- Satış planlarının icrası və dövri hesabatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
- Biznesin inkişafı, korporativ satış və ya B2B satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Hovuzların tikintisi, texniki xidməti, təmiri və servis sahəsində təcrübənin olması üstünlükdür;
- Mövcud korporativ müştəri bazasının (B2B portfelinin) olması arzuolunandır;
- Güclü təqdimat və işgüzar danışıqlar aparmaq bacarığı;
- Satış texnikaları, Lead Generation və Cold Calling üzrə praktik biliklər;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Yüksək ünsiyyət, analitik düşünmə və nəticəyönümlü iş prinsipi;
- Sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.
Şirkət təklif edir:
- Satış nəticələrinə əsasən yüksək bonus sistemi;
- Korporativ mobil nömrə;
- Müştəri görüşləri üçün nəqliyyat (sürücü) təminatı;
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini gulya17@list.ru elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində "Business Development Manager" qeyd olunması xahiş olunur.
Əlaqə: +994 50 420 01 97