City Global
Bakı
Xaricdə Təhsil eksperti / Beynəlxalq layihələr üzrə araşdırmaçı
City Global komandamıza enerjili, araşdırma bacarığı güclü, beynəlxalq imkanları analiz edə bilən bir mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
* Xaricdə təhsil proqramlarının (bakalavr, magistr, foundation və s.) araşdırılması və təqdim olunması;
* Erasmus+, təqaüd proqramları və digər beynəlxalq imkanların tapılması və analiz edilməsi;
* Yeni layihələrin hazırlanması və uyğun namizədlərin yönləndirilməsi;
* Müştərilərlə konsultasiya və düzgün proqram seçiminə dəstək.
Tələblər:
* İngilis dili (minimum B2 səviyyə);
* Araşdırma və analiz bacarığı;
* Xaricdə təhsil sahəsində təcrübə mütləqdir;
* Kommunikasiya və təqdimat bacarığı.
Biz nə təklif edirik:
* Dinamik və inkişaf yönümlü mühit;
* Beynəlxalq layihələrlə işləmək imkanı;
* Karyera artımı və şəxsi brend qurmaq fürsəti;
* Müasir dizaynda ofisdə rahat iş şəraiti;
* Performansa əsaslanan bonus sistemi;
* Rəsmi əmək haqqı 600-800 AZN (namizədə görə dəyişir) + əlavə bonuslar.
📩 Müraciət üçün:
CV-lərinizi Az@cgm.az elektron ünvanına göndərə və ya 099 224 40 52 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Biz Rumıniyada təsis edilmiş beynəlxalq şirkətik və keyfiyyətli təhsil, karyera inkişafı və sərhədlərarası imkanlar vasitəsilə fərdləri gücləndirməyə həsr olunmuşuq.
Biz Azərbaycandan və digər ölkələrdən olan tələbələrə təhsil vizaları almağa və Avropanın nüfuzlu təhsil müəssisələrində yerləşmə təmin etməyə kömək edirik. Dəstəyimiz məsləhət və sənədləşmədən tutmuş məskunlaşmaya və daha sonrakı dövrə qədər bütün səyahəti əhatə edir.
Təhsil Xidmətlərimizə aşağıdakılar daxildir:
Bakalavr proqramları
Magistr proqramları
Onlayn kurslar
Dil məktəbinə qəbul
Yay məktəbi imkanları
Peşə təlim proqramları
Bundan əlavə, aylıq tələbə və karyera turları təşkil edirik, işçi qüvvəsinin xaricə köçürülməsini dəstəkləyirik və şirkətlərə əməliyyatların idarə edilməsi və rəqəmsal strukturlaşdırmada kömək edirik.
Yayımlanma: 22.05.2026
Son tarix: 21.06.2026
Vakansiya növü: SADƏ