Ana Səhifə / Vakansiyalar / TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

GESCO ASC

Bakı • Bakı

Tamştat 💰 1700 AZN 📅 Təcrübə: 3 İL 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

VAKANSİYA | TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

GESCO ASC Təchizat və Logistika Departamentinə Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə təcrübəli namizəd axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 1 700 AZN NET
  • İş qrafiki: I–V günlər, 09:00–18:00
  • Nahar fasiləsi: 13:00–14:00
  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
  • AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə

Namizədə əsas tələblər:

  • İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
  • İngilis dili biliyi B1–B2 səviyyəsində
  • MS Office proqramlarında əla səviyyədə işləmə bacarığı
  • 1C proqramında işləmə bacarığı
  • CIPS sertifikatının olması arzuolunandır
  • Daxili və xarici satınalma prosesləri üzrə biliklər
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq
  • Yüksək kommunikasiya bacarığı
  • Operativ qərarvermə və analitik düşünmə qabiliyyəti
  • Komanda ilə işləmək bacarığı

Əsas vəzifələr:

  • Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini Tender, RFQ, RFI, RFP və s. formatlarda planlaşdırmaq, təşkil etmək və idarə etmək
  • Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənədlərin tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək
  • Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq
  • Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq
  • Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək
  • Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında və tələblərə uyğun təhvil verilməsini təmin etmək
  • Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək
  • Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək
  • Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq
  • Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək
  • Daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək

Müraciət üçün CV-nizi e-mailin mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə cv.hr@gesco.az ünvanına göndərə bilərsiniz.

Şirkət Haqqında
E-poçt
cv@gesco.az
Telefon
055 206 87 89


Müraciət Et
Məlumat

Yayımlanma: 11 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar