Ana Səhifə / Vakansiyalar / Satınalma mütəxəssisi

Satınalma mütəxəssisi

HumanPro

Bakı • Bakı

Tamştat 💰 900-1000 AZN 📅 Təcrübə: 1 il iş təcrübəsi 🎓 Təhsil: Tam orta
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

SATINALMA MÜTƏXƏSSİSİ

Restoran və qida sektorunda fəaliyyət göstərən şirkətə Satınalma mütəxəssisi tələb olunur.

İş şəraiti:

  • Əməkhaqqı:900-1000 AZN  
  • İş yeri: Bakı şəhəri  
  • Nahar: Şirkət tərəfindən təmin edilir.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə gündəlik və dövri satınalma ehtiyaclarını müəyyən etmək, müvafiq şöbələrdən daxil olan sifarişləri toplamaq və planlaşdırmaq;
  • Qida məhsulları, içkilər, qablaşdırma materialları, təsərrüfat malları və digər zəruri məhsullar üzrə satınalma prosesini təşkil etmək;
  • Məhsulların tələb olunan keyfiyyət, miqdar və çeşiddə, razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
  • Mövcud təchizatçılarla işgüzar əlaqələri qorumaq, yeni təchizatçıların araşdırılmasını və seçilməsini həyata keçirmək;
  • Təchizatçılardan kommersiya təklifləri almaq, qiymətləri, keyfiyyəti, ödəniş və çatdırılma şərtlərini müqayisə etmək;
  • Qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq, şirkət üçün daha sərfəli satınalma şərtlərinin əldə edilməsinə çalışmaq;
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və sifarişlərin icra vəziyyətinə nəzarət etmək;
  • Çatdırılma zamanı məhsulların sifarişə uyğunluğunu, son istifadə tarixlərini və tələb olunan keyfiyyət göstəricilərini aidiyyəti əməkdaşlarla koordinasiya etmək;
  • Məhsul çatışmazlığı, gecikmə, keyfiyyət uyğunsuzluğu və digər təchizat problemlərini vaxtında müəyyən etmək və həlli üçün tədbirlər görmək;
  • Anbar və restoran komandaları ilə əməkdaşlıq edərək qalıqlar, istehlak həcmi və yenidən sifariş ehtiyacları barədə məlumatları nəzərə almaq;
  • Satınalma xərclərini izləmək, qiymət dəyişikliklərini təhlil etmək və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək

Namizədə tələblər:

  • Satınalma sahəsində 1 il iş təcrübəsi (Restoran və qida sektorunda təcrübə üstünlükdür)
  • Şirkətlər ilə danışıqlar aparmaq və qiymət təhlili bacarığı;
  • MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
  • Rus dili mütləqdir;
  • Sənədləşmə və hesabatların hazırlanması üzrə diqqətlilik;
  • Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

Müraciət:

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd edərək cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.HumanPro şirkətlərin vakansiyalarını daha geniş auditoriyaya çatdırmaq və uyğun namizədlərlə daha qısa zamanda təmin etmək məqsədilə peşəkar HR və Rekrutinq xidmətləri təqdim edir.
Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 23 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar