Ana Səhifə / Vakansiyalar / SATIŞ DİREKTORU

SATIŞ DİREKTORU

Xırman MMC

Bakı • Bakı

Tamştat 💰 Müsahibə əsasında təyin ediləcək 📅 Təcrübə: 5 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus
İş Təsviri

VAKANSİYA | SATIŞ DİREKTORU


“Xırman” şirkəti Satış Direktoru vəzifəsi üzrə əməkdaş axtarır.


İş şəraiti:

  •  Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcək
  •  İş qrafiki: 6 günlük
  •  İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
  •  Nahar: Şirkət tərəfindən təmin edilir


Əsas vəzifə öhdəlikləri:

  •  Şirkətin ümumi satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək
  •  Satış hədəflərini müəyyənləşdirmək və komandaların həmin hədəflərə çatmasını təmin etmək
  •  Satış komandasını idarə etmək, əməkdaşların performansını izləmək və inkişaf etdirmək
  •  Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və bazar tendensiyalarını izləmək
  •  Mövcud müştəri münasibətlərini inkişaf etdirmək və yeni əməkdaşlıqlar qurmaq
  •  Satış göstəricilərini analiz etmək və rəhbərliyə hesabatlar təqdim etmək
  •  Kampaniya, qiymət siyasəti və satış aksiyalarının hazırlanmasında iştirak etmək
  •  Debitor borcların izlənilməsinə və ödəniş intizamına nəzarət etmək
  •  Satış, logistika, marketinq və digər şöbələrlə koordinasiyalı işləmək
  •  Şirkətin gəlirliliyinin artırılması üçün yeni inkişaf imkanları təklif etmək

Namizədə tələblər:

  •  Ali təhsil
  •  Satış və ya kommersiya sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
  •  FMCG və ya qida sektorunda təcrübə
  •  Liderlik, komanda idarəetməsi və qərarvermə bacarıqları
  •  Analitik düşüncə və planlama qabiliyyəti
  •  Azərbaycan və rus dillərini sərbəst bilmək
  •  1C və MS Office proqramlarında işləmə bacarığı
  •  Güclü ünsiyyət və təqdimat bacarığı



Müraciət üçün:

CV-nizi e-mailin mövzu hissəsində “Satış Direktoru” qeyd etməklə shahla.najafova@xirman.az ünvanına göndərin.

Şirkət Haqqında
E-poçt
shahla.najafova@xirman.az
Telefon
+99455 293 13 39

"Xırman" şirkəti 1997-ci ildən etibarən Azərbaycanın qida sənayesi sahəsində uğurla fəaliyyət göstərir. Şirkət un və çörək məhsulları, qatılaşdırılmış süd, kərə yağı və digər süd məhsullarının istehsalı üzrə ixtisaslaşaraq ölkənin aparıcı istehsal müəssisələrindən birinə çevrilmişdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 10 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar