Ana Səhifə / Vakansiyalar / Satıcı - Barista

Satıcı - Barista

Rəmzioğlu Paxlava MMC

Bakı • Bakı

Tamştat 💰 560 AZN NET + bonus 📅 Təcrübə: İş təcrübəsi arzuolunandır
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

SATICI-BARİSTA

Rəmzioğlu Paxlava MMC Satıcı-Barista axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 560 AZN NET + bonus + xidmət haqqı + servis haqqı;
  • İş qrafiki: 2 növbəli – 09:00–17:00 və 15:00–23:00;
  • Hər iki növbədə işləmək tələb olunur;
  • İstirahət günü: Həftədə 1 gün;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əməkdaşlar üçün xüsusi endirim və üstünlüklər mövcuddur;
  • İş yeri: Nərimanov m/st, İzəddin Həsənoğlu küç. 53.

Vəzifə öhdəlikləri:

  • Müştəriləri gülərüz qarşılamaq və məhsullar haqqında məlumat vermək;
  • Şirniyyat və digər məhsulların təqdimatını və satışını həyata keçirmək;
  • Sifarişləri qəbul etmək və masa xidməti göstərmək;
  • Müxtəlif növ qəhvələri standartlara uyğun hazırlamaq;
  • Kassa əməliyyatlarını aparmaq və ödənişləri qəbul etmək;
  • Məhsulların vitrində düzgün və səliqəli yerləşdirilməsinə nəzarət etmək;
  • İş və xidmət sahəsinin təmizliyini qorumaq;
  • Müştərilərə məhsul seçimində kömək etmək və uyğun məhsullar tövsiyə etmək;
  • Şirkətin xidmət və satış standartlarına riayət etmək;
  • Komanda ilə koordinasiyalı şəkildə çalışmaq.

Namizədə tələblər:

  • Yaş: 18–29;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Satıcı kimi iş təcrübəsi üstünlükdür;
  • Güclü ünsiyyət bacarığı;
  • Operativ, məsuliyyətli və təşəbbüskar olmaq;
  • Müştəriyönümlü və komandada işləmə bacarığı.

Müraciət:

Uyğun namizədlər CV-lərini “Satıcı-Barista” mövzu başlığı ilə hr@ramzioglu.az elektron poçt ünvanına və ya +994 55 208 58 95 nömrəsinə WhatsApp vasitəsilə göndərə bilərlər.

Qeyd:

Tələbələrin müraciət etməməsi xahiş olunur.


Şirkət Haqqında

Rəmzioğlu Paxlava MMC 2005-ci ildən un məmulatlarının istehsalı sahəsində fəaliyyətə başlayıb. 2013-cü ildən etibarən isə fəaliyyətini paxlava istehsalı və satışı istiqamətində genişləndirərək milli və türk paxlavalarının hazırlanmasına fokuslanıb.

Şirkət paxlava istehsalında qədim hazırlanma ənənələrini qorumaqla yanaşı, müasir yanaşma və texnologiyaları da tətbiq edir. Bu istiqamətdə yerli mütəxəssislərlə yanaşı, Türkiyənin paxlava mərkəzi hesab olunan Gaziantepdən olan peşəkar ustalarla əməkdaşlıq edib.

Ənənəvi türk paxlavasının hazırlanma üsullarını daha dərindən öyrənmək məqsədilə Gaziantepdə əldə olunan təcrübələr şirkətin istehsal prosesinə tətbiq edilib.

Hazırda Rəmzioğlu Paxlava MMC müasir istehsal texnologiyalarını ənənəvi reseptlərlə birləşdirərək milli və türk paxlavalarını özünəməxsus dad və yüksək keyfiyyətlə təqdim edir.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 8 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar