Ana Səhifə / Vakansiyalar / Operations & Sales Assistant
M

Operations & Sales Assistant

MyCoach Training & Consulting

Bakı • Bakı

Tamştat 💰 500 AZN + bonus 📅 Təcrübə: İş təcrübəsi vacib deyil 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Operations & Sales Assistant

İş şəraiti:

  • İşəgötürən: Fərdi sahibkar;
  • İş yeri: Bakı şəhəri;
  • Məşğulluq növü: Full-time;
  • İş qrafiki: Həftədə 6 iş günü / 1 istirahət günü (istirahət günü həftəiçi təyin oluna bilər);
  • Əmək haqqı: 500 AZN + bonus;
  • Əmək münasibətləri: Rəsmi əmək müqaviləsi.

Vəzifə öhdəlikləri:

  • WhatsApp və Instagram platformaları vasitəsilə daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
  • Potensial müştərilərlə ilkin ünsiyyət quraraq xidmət və proqramlar haqqında ətraflı məlumat təqdim etmək;
  • Görüşlərin planlaşdırılması və təqvimin effektiv idarə edilməsini təmin etmək;
  • Müştərilərlə follow-up prosesini həyata keçirmək və əlaqələrin davamlılığını təmin etmək;
  • Qeydiyyat və ödəniş proseslərini izləmək, məlumatların düzgünlüyünə nəzarət etmək;
  • CRM sistemini və iştirakçı bazasını mütəmadi yeniləmək;
  • Təlim və tədbirlərin təşkilati hazırlıq prosesində aktiv iştirak etmək;
  • CapCut proqramından istifadə etməklə sadə Reels və Story videoları hazırlamaq;
  • Gündəlik əməliyyat proseslərinin koordinasiyasını və iş axınının səmərəli təşkilini təmin etmək.

Namizədə tələblər:

  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Satış, müştəri xidməti və ya müvafiq sahədə iş təcrübəsi;
  • WhatsApp, Instagram, Google Sheets və CapCut proqramlarından sərbəst istifadə bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Məsuliyyətli, operativ, təşəbbüskar və nəticəyönümlü yanaşma;
  • Təhsil və yeniyetmələrin inkişafı sahəsinə marağın olması üstünlük hesab olunur.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Operations & Sales Assistant" qeyd etməklə kerimovismailcoaching@gmail.com elektron poçt ünvanına göndərə və ya +994 55 634 73 67 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Şirkət Haqqında


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 29 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar