Ana Səhifə / Vakansiyalar / MEP üzrə mühəndis

MEP üzrə mühəndis

Faber Construction MMC

Bakı • BakI

Tamştat 💰 Əmək haqqı: 2500 - 3000 AZN 📅 Təcrübə: İş təcrübəsi mütləqdir 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Vakansiya: MEP üzrə mühəndis

İş şəraiti:

  • Şirkət: Faber Construction
  • Əmək haqqı: 2500 - 3000 AZN - namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən ediləcək;
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi.

Vəzifə öhdəlikləri:

  • Tikinti obyektlərində bütün MEP sistemlərinin - mexanika, elektrik, santexnika, havalandırma və yanğından mühafizə sistemlərinin quraşdırılması işlərinə və görülən işlərin keyfiyyətinə birbaşa nəzarət etmək;
  • MEP layihə və çertyojlarının memarlıq və konstruksiya layihələri ilə uyğunluğunu yoxlamaq, mümkün kəsişmələri müəyyən etmək və koordinasiya etmək;
  • Podratçı və subpodratçıların həyata keçirdiyi MEP işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki tələblərə və dövlət standartlarına uyğunluğunu yoxlamaq;
  • Material və avadanlıqların texniki göstəricilərini (Data Sheet) yoxlamaq, uyğunluğunu qiymətləndirmək və sahədə düzgün tətbiqinə nəzarət etmək;
  • MEP sistemlərinin sınaqdan keçirilməsi və sazlanması (Testing & Commissioning) proseslərində iştirak etmək;
  • MEP sistemlərinin təhvil-təslim prosesində iştirak etmək;
  • Sahədə yaranan texniki uyğunsuzluqları və problemləri müəyyən etmək, onların operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
  • Görülən işlərin layihə tələblərinə, tikinti norma və qaydalarına uyğunluğuna nəzarət etmək.

Namizədə dair tələblər:

  • Yaş həddi: 30–50 yaş;
  • Mexanika mühəndisliyi, elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İrimiqyaslı yaşayış kompleksləri və premium binaların daxili və xarici mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə geniş iş təcrübəsi;
  • AutoCAD proqramını və mühəndis layihə və çertyojlarını yüksək səviyyədə bilmək;
  • MEP avadanlıqları və müasir quraşdırma texnologiyaları üzrə dərin biliklər;
  • Müvafiq tikinti norma və qaydalarını (TNvəQ) bilmək;
  • Layihələrarası koordinasiya və texniki uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
  • Sahədə yaranan texniki çətinlikləri operativ təhlil və həll etmək bacarığı;
  • Podratçı və subpodratçı komandaları ilə effektiv işləmək;
  • Komandada səmərəli işləmək, məsuliyyətli və nəticəyönümlü olmaq.

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini afgan.isgandarli@faberconstruction.info elektron poçt ünvanına mövzu hissəsində “MEP üzrə mühəndis” qeyd etməklə göndərə bilərlər.

Əlavə məlumat üçün: +994 10 382 80 21

Uyğun namizədlərlə ilkin dəyərləndirmədən sonra əlaqə saxlanılacaq.


Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 8 avqust 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar