📊 Marketing Manager
Şirkət: Roof Akademiya
📌 İş şərtləri:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138;
- İş qrafiki: altı gün 09:00-18:00, Şənbə 09:00-16:00;
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə təyin ediləcək.
📌 Vəzifə Öhdəliklər:
- Brend məlumatlılığı, lead yaradılması, müştəri cəlbi, iştirakçılığı və saxlanmasını əhatə edən ümumi marketinq strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Rəqəmsal kampaniyalar, kontent strategiyası, brend mövqeləndirməsi və tradisional marketinq təşəbbüsləri daxil olmaqla bütün marketinq fəaliyyətlərinə rəhbərlik etmək;
- Daxili marketinq komandasını və frilanserləri (məs., rəqəmsal marketinq mütəxəssisi, kopirayter və s.) idarə etmək və dəstəkləmək;
- Müştəri ehtiyaclarını, brend imicini və rəqiblərin mövqeyini anlamaq üçün rüblük bazar araşdırmaları etmək;
- Əməliyyat və akademik komandalarla sıx əməkdaşlıq edərək konversiyaya yönəlmiş kampaniyalar yaratmaq və onların ROI nəticələrini izləmək;
- Satış və Analitika komandaları ilə birgə marketinq və satış göstəricilərinin və hədəflərin analitikasını aparmaq, izləmək və rəhbərliyə hesabat vermək;
- Marketinq büdcəsinə və büdcənin səmərəli istifadəsinə nəzarət etmək.
📌 Tələblər:
- Minimum 4 il marketinq təcrübəsi;
- Rəqəmsal marketinq mütəxəssisləri və yaradıcı komandalarla işləmək və ya onlara rəhbərlik etmək təcrübəsi;
- Rəqəmsal alətlər (məsələn, Ads Manager, Google Ads, GTM, e-mail avtomatlaşdırma alətləri və s.);
- Güclü analitik bacarıqlar və performans indikatorlarını praktik addımlara çevirmək qabiliyyəti;
- Marketinq büdcəsinin idarə olunması və xərclərin optimallaşdırılması təcrübəsi.
📌 Üstünlük Verilən Keyfiyyətlər:
- Təhsil sektorunda və ya gənclərə yönəlmiş brendlərlə iş təcrübəsi;
- İngilis və Rus dillərində bilik;
- SEO və kontent marketinq prinsipləri ilə tanışlıq;
- Müştəri və bazar araşdırması layihələrinin idarə olunması təcrübəsi.
📩 Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Marketing Manager” qeyd etməklə talent@roofat.az ünvanına göndərin.