Vakansiya: Lombard üzrə Filial Rəhbəri
İş şəraiti:
- Şirkət: Aktiv Finance MMC
- İş yeri: Bakı
- Əmək haqqı: 1000 AZN-dən başlayır + satış planının icrasına əsasən bonus
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
- AR-nın Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Vəzifə öhdəlikləri:
- Filialın gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və effektiv şəkildə idarə etmək;
- Filial üzrə satış hədəflərinin yerinə yetirilməsini təmin etmək və bu prosesdə aktiv iştirak etmək;
- Komandanın fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü həyata keçirmək və əməkdaşların inkişafına dəstək olmaq;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Filialın əməliyyat proseslərinə nəzarət etmək və daxili prosedurlara riayət olunmasını təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Lombard sahəsində minimum 3 il iş təcrübəsi;
- İdarəetmə və komanda rəhbərliyi üzrə praktiki təcrübə;
- Güclü təşkilatçılıq, liderlik və qərarvermə bacarığı;
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Lombard üzrə Filial Rəhbəri" qeyd etməklə cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərlər.