Ana Səhifə / Vakansiyalar / Layihələrin İdarə Edilməsi üzrə Mütəxəssis

Layihələrin İdarə Edilməsi üzrə Mütəxəssis

HumanPro

Bakı • Bakı

Tamştat 💰 1500–2000 AZN 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan, İngilis
İş Təsviri

Layihələrin İdarə Edilməsi üzrə Mütəxəssis

İş şəraiti:

• İş qrafiki: 5 günlük;

• İş yeri: Bakı şəhəri;

• Əmək haqqı: 1500–2000 AZN;

• İş saatı: 09:00 – 18:00;

• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Vəzifə haqqında:

Bu vəzifə layihələrin planlaşdırılmasından yekun təhvilinə qədər bütün mərhələlərin effektiv idarə olunmasını, tender proseslərinin təşkilini, satınalma fəaliyyətinin koordinasiyasını, müqavilələrin hazırlanmasını və layihələrin müəyyən edilmiş keyfiyyət standartlarına uyğun icrasına nəzarəti əhatə edir.

Vəzifə öhdəlikləri:

• Yeni layihələrin planlaşdırılmasını və icra prosesinin koordinasiyasını həyata keçirmək;

• Layihə üzrə dizayn sənədlərinin tərəfdaşlardan vaxtında əldə edilməsini təşkil etmək;

• Dizayn layihəsinə uyğun tikinti, mebel və digər materiallar üzrə tender proseslərini təşkil etmək;

• Təchizatçı və podratçıların seçimini həyata keçirmək, satınalma prosesini idarə etmək;

• Layihə üzrə investisiya büdcəsini hazırlamaq və büdcəyə nəzarət etmək;

• Podratçılarla müqavilələrin hazırlanması və bağlanması prosesini koordinasiya etmək;

• Layihənin təsdiq olunmuş dizayn və texniki tələblərə uyğun icrasına nəzarət etmək;

• Layihənin vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə tamamlanmasını və təhvil verilməsini təmin etmək.

Tələblər:

Təhsil:

• İqtisadiyyat, Biznesin idarə edilməsi, Layihələrin idarə edilməsi, Satınalma, Təchizat zənciri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;

• PMP, satınalma, təchizat zənciri, tender və ya müqavilələrin idarə olunması üzrə sertifikatlara malik namizədlərə üstünlük verilir.

İş təcrübəsi:

• Layihələrin idarə edilməsi, layihə koordinasiyası, satınalma, təchizat zənciri və ya tender proseslərinin təşkili sahəsində minimum 1 il iş təcrübəsi.

Peşəkar bilik və bacarıqlar:

• Layihələrin idarə edilməsi və koordinasiyası üzrə praktiki biliklər;

• Satınalma, tender və təchizat zənciri proseslərinin təşkili sahəsində təcrübə;

• Müqavilələrin hazırlanması və danışıqların aparılması bacarığı;

• Layihə büdcəsinin hazırlanması və maliyyə planlaşdırılması üzrə biliklər;

• MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;

• Layihələrin idarə olunması alətləri ilə işləmək bacarığı;

• İngilis dili biliyi – B1 (Intermediate) və ya daha yüksək səviyyə.

Şəxsi keyfiyyətlər:

• Güclü biznes ünsiyyəti və təqdimat bacarığı;

• Effektiv danışıqlar aparmaq bacarığı;

• Analitik və strateji düşüncə;

• Tədqiqat və məlumatların təhlili bacarığı;

• Zamanın səmərəli idarə olunması;

• Problemlərin operativ həlli bacarığı;

• Proaktiv və nəticəyönümlü yanaşma;

• Komandada işləmək və müxtəlif tərəflərlə effektiv əməkdaşlıq bacarığı.

Müraciət qaydası:

CV-nizi cv@humanpro.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Müraciət Et
Məlumat

Yayımlanma: 30.06.2026

Son tarix: 30.07.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar