Ana Səhifə / Vakansiyalar / İstehsalat mühasibi

İstehsalat mühasibi

Monopak

Bakı • Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi.

Tamştat 💰 Müsahibə əsasında 📅 Təcrübə: Min. 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

İstehsalat  mühasibi

İş şəraiti:

  • Şöbə: Mühasibatlıq şöbəsi;
  • Əmək haqqı: Müsahibə əsasında;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: Qısaldılmış iş günü;
  • Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi.

Vəzifə öhdəlikləri:

  • Xammal və materialların hərəkətinə nəzarət və uçotunun aparılması
  • Anbar və istehsalat məlumatlarının mühasibat uçotu ilə uzlaşdırılması
  • Məhsulların maya dəyərinin hesablanmasında iştirak
  • İstehsala buraxılan xammal və materialların uçotunun aparılması
  • Hazır məhsulun istehsala qəbul və çıxış əməliyyatlarının rəsmiləşdirilməsi
  • İlkin mühasibat sənədlərinin hazırlanması və düzgünlüyünə nəzarət
  • Logix proqramında müvafiq əməliyyatların icrası
  • İnventarizasiya proseslərində iştirak və nəticələrin uçotunun aparılması
  • Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq və hesabat tapşırıqlarının yerinə yetirilməsi

Namizədə tələblər:

  • İqtisadiyyat, idarəetmə və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Logix proqramı ilə işləmək bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Komandada effektiv işləmək bacarığı;
  • Operativlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Vaxtın düzgün idarə olunması və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili bilikləri üstünlük hesab olunur)

Şəxsi keyfiyyətlər:

  • Diqqətli və məsuliyyətli;
  • Analitik düşüncəyə malik
  • Operativ və çevik qərarvermə bacarığı;
  • Nəticəyönümlü və təşəbbüskar;
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı.

Şirkət tərəfindən təklif olunur:

  • Motivasiyaedici və peşəkar iş mühiti;
  • Nahar təminatı;
  • Korporativ nömrə;
  • Peşəkar inkişaf və karyera imkanları.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini hr@monopak.az elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
info@monopak.az
Telefon
‪+994 12 444 44 64‬‬
Vebsayt:


Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.   

Müraciət Et
Məlumat

Yayımlanma: 29 iyul 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar