Ana Səhifə / Vakansiyalar / İqtisadiyyat və Kimya Fakültələri üzrə dispetçerlər axtarılır

İqtisadiyyat və Kimya Fakültələri üzrə dispetçerlər axtarılır

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

Bakı

Tamştat 💰 Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun ol 🎓 Təhsil: Bakalavr
İş Təsviri

İqtisadiyyat və Kimya Fakültələri üzrə dispetçerlər axtarılır

İş barədə məlumat

  • Ali təhsil müəssisəsində mövcud tədris planları, normativlər və illik tədris yükü əsasında dərs cədvəllərinin hazırlanması və tənzimlənməsi;
  • Fakültələr üzrə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaların müəyyənləşdirilməsi və cədvəllərdə nəzərə alınması;
  • Tələbələrin davamiyyəti, semestr ərzində əldə etdiyi nəticələr və imtahan göstəriciləri barədə fakültə rəhbərliyinin məlumatlandırılması;
  • Tədris-metodiki şöbəyə tələb olunan hesabat və məlumatların təqdim edilməsi.

İş qrafiki

  • 6 günlük iş həftəsi
  • Həftə içi: 09:00 – 17:00
  • Şənbə günü: 09:00 – 15:00

İş yeri / Ünvan

  • Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küç. 1

Moskva Dövlət Universitetinin Bakı Filialın Kampusu

Əmək haqqı

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

Namizədə tələblər

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan və rus dillərini bilməsi;
  • Dəqiq, məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları.

Müraciət qaydası

Maraqlanan namizədlər Azərbaycan və ya rus dilində hazırlanmış şəkilli CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə hr@msu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət Et
Məlumat

Yayımlanma: 04.05.2026

Son tarix: 31.05.2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar