Ana Səhifə / Vakansiyalar / Call Center Rəhbəri

Call Center Rəhbəri

Seylab

Bakı • Bakı şəhəri, Azadlıq metrosu yaxınlığı, Röya Şadlıq Sarayının yanı

Tamştat 💰 800 AZN + performansa uyğun bonuslar 📅 Təcrübə: 2–3 il rəhbər və ya supervisor təcrübəsi 🎓 Təhsil: Fərqi yoxdur
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

CALL CENTER RƏHBƏRİ

“Seylab” Su Şirkəti Call Center Rəhbəri vəzifəsi üzrə əməkdaş axtarır.

İş şəraiti:

  • Əməkhaqqı: 800 AZN + performansa uyğun bonuslar
  • İş qrafiki: I–V günlər, 09:00–18:00
  • Şənbə: Qısa iş günü
  • Bazar: İstirahət günü
  • İş yeri: Bakı şəhəri, Azadlıq metrosu yaxınlığı, Röya Şadlıq Sarayının yanı

Əsas vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzi komandasının gündəlik fəaliyyətinə rəhbərlik və nəzarət etmək
  • Aylıq təyin olunan limitlər üzrə satış prosesini idarə etmək
  • Gələn zənglərin vaxtında cavablandırılmasını və sifarişlərin düzgün qəbulunu təmin etmək
  • Operatorların müştərilərlə danışıq keyfiyyətini və etiket qaydalarını yoxlamaq və qiymətləndirmək
  • Problemli zənglərə və müştəri şikayətlərinə birbaşa müdaxilə edərək həll etmək
  • Komandanın satış və xidmət keyfiyyətini artırmaq üçün daxili təlimlər keçirmək
  • Çağrı mərkəzinin fəaliyyəti və KPI göstəriciləri barədə gündəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

Namizədə tələblər:

  • Çağrı mərkəzi sahəsində 2–3 il rəhbər və ya supervisor təcrübəsi
  • Qida sektorunda təcrübə üstünlükdür
  • Müştəri xidmətləri standartları və CRM/Call Center sistemləri ilə işləmək bacarığı
  • Güclü liderlik, komandanı motivasiya etmə və idarəetmə qabiliyyəti
  • Yüksək nitq qabiliyyəti, səlis və mədəni ünsiyyət forması
  • Azərbaycan dilini mükəmməl bilmək
  • Rus dili biliyi üstünlükdür
  • Gərgin iş şəraitində çevik qərarvermə və problem həll etmə bacarığı

Biz nə təklif edirik?

  • Sabit əməkhaqqı və nəticələrə bağlı bonus sistemi
  • Korporativ nömrə və danışıq paketi

Müraciət üçün: CV-nizi e-mailin mövzu hissəsində “Call Center Rəhbəri” qeyd etməklə hr@seylab.az ünvanına göndərin.

Şirkət Haqqında
E-poçt
hr@seylab.az
Telefon
050 327 09 83

“Seylab su”şirkəti 2017 ci ildən fəaliyyət göstərir. Xammal şəklində istifadə etdiyimiz suyun mənbəyi Xaçmaz rayonundan gələn “Şollar” suyudur. Şirkət istehsalatda yüksək standartlara cavab verən müasir texnalogiya ilə təchiz edilərək müştərilərinə ən keyfiyyətli məhsulu təqdim etməyi hədəfləyir. “Seylab” markasının yaranmasında başlıca məqsəd insanlar üçün faydalı suyu əlçatan etməkdir.

Müraciət Et
Məlumat

Yayımlanma: 8 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar