Ana Səhifə / Vakansiyalar / Beynəxalq HR və peşəkar təcrübə proqramına qəbul

Beynəxalq HR və peşəkar təcrübə proqramına qəbul

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı • Türkiyə

Tamştat 💰 Təşkilati və sənədləşmə xidmət haqqı: 200 AZN 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Türk
İş Təsviri

Beynəxalq HR və peşəkar təcrübə proqramına qəbul

Təşkilat: Azərbaycan Diplomatiya Mərkəzi (ADM)

Azərbaycan Diplomatiya Mərkəzi (ADM) Türkiyədə beynəlxalq iş mühitində praktiki təcrübə qazanmaq istəyən şəxslər üçün xüsusi təcrübə proqramına qəbul elan edir.

Proqramın keçirildiyi ölkə: Türkiyə
Proqramın müddəti: 1 və ya 2 ay
İstiqamət: İnsan Resursları (HR) və peşəkar təcrübə

Proqramın təqdim etdiyi imkanlar:

  • Real iş təcrübəsi: Türkiyədə fəaliyyət göstərən müəssisələrin İnsan Resursları (HR) departamentlərində və müvafiq struktur bölmələrində praktiki fəaliyyət;
  • Yaşayış təminatı: Tərəfdaş müəssisənin imkanlarından asılı olaraq yaşayış yerinin təmin edilməsi;
  • Qidalanma: Müəssisənin şərtlərinə əsasən səhər və günorta yeməklərinin qarşılanması;
  • Əməkhaqqı: Müəyyən tərəfdaş müəssisələr tərəfindən minimal əməkhaqqı və ya təcrübə ödənişinin təqdim edilməsi;
  • Beynəlxalq iş mühiti: Türkiyənin korporativ idarəetmə və HR sistemləri ilə yaxından tanışlıq;
  • Peşəkar əlaqələr: Beynəlxalq mütəxəssislərlə əməkdaşlıq və karyera imkanlarının genişləndirilməsi.

Namizədə tələblər:

  • Türk, ingilis və ya rus dillərindən ən azı birini peşəkar səviyyədə bilmək;
  • Yüksək kommunikasiya və komandada işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;
  • Beynəlxalq iş mühitinə uyğunlaşmaq bacarığı.

Kimlər müraciət edə bilər?

  • Universitet tələbələri və yeni məzunlar;
  • HR sahəsində karyera qurmaq istəyənlər;
  • İnsan Resursları üzrə çalışan mütəxəssislər;
  • Beynəlxalq peşəkar təcrübə qazanmaq istəyən şəxslər.

Vacib qeyd:Yaşayış, qidalanma və minimal əməkhaqqı təminatı bütün tərəfdaş müəssisələr tərəfindən təqdim edilmir. Bu imkanlar qəbul edən müəssisənin daxili qaydalarına və namizədlə razılaşdırılmış şərtlərə əsasən müəyyən olunur.

Qəbul və qeydiyyat:Namizədlər ilkin seçim və müsahibə mərhələsindən keçirlər.

Təşkilati və sənədləşmə xidmət haqqı: 200 AZN

Xidmət haqqı yalnız proqrama qəbul təsdiqləndikdən və müvafiq şərtlər namizədə təqdim edildikdən sonra ödənilir.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini  mövzu hissəsində "Türkiyədə Staj Proqramı " qeyd edərək info@adm.edu.az elektron poçt ünvanına göndərə bilərlər.


Şirkət Haqqında

Azərbaycan Diplomatiya Mərkəzi beynəlxalq əməkdaşlıq, diplomatik əlaqələrin inkişafı, strateji layihələrin idarə olunması və qlobal təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu platformadır.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 28 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar