Ana Səhifə / Vakansiyalar / Beynəlxalq Monitorinq və keyfiyyətə nəzarət üzrə mütəxəssis.

Beynəlxalq Monitorinq və keyfiyyətə nəzarət üzrə mütəxəssis.

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı • Bakı

Tamştat 💰 800 AZN + bonus 🎓 Təhsil: Tam orta
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Beynəlxalq Monitorinq və keyfiyyətə nəzarət üzrə mütəxəssis

Təşkilat: Azərbaycan Diplomatiya Mərkəzi (ADM)

Azərbaycan Diplomatiya Mərkəzi (ADM) tərəfindən həyata keçirilən beynəlxalq təhsil, peşəkar inkişaf, təlim və sertifikatlaşdırma proqramlarının monitorinqi, iştirakçı məlumatlarının yoxlanılması və keyfiyyətə nəzarət proseslərinin təşkili məqsədilə Beynəlxalq Monitorinq üzrə İşçi Qrupuna əməkdaşların seçimi elan edilir.

Seçilmiş namizədlər beynəlxalq təlim proqramlarının təşkilati və inzibati monitorinqində, iştirakçıların qeydiyyat məlumatlarının yoxlanılmasında, sənədləşmə proseslərinin koordinasiyasında və sertifikatlaşdırma mərhələlərinin izlənilməsində iştirak edəcəklər.

İş şəraiti

  • İş yeri: Azərbaycan Diplomatiya Mərkəzi (ADM)
  • İş saatları: Müsahibə zamanı yerində müzakirə olunacaq.
  • Fəaliyyət müddəti: 1 ay
  • Aylıq xidmət haqqı: 800 AZN + bonus

Əlavə bonuslar fəaliyyət nəticələri, iş keyfiyyəti və müəyyən edilmiş performans göstəricilərinə əsasən hesablanır.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq təlim və sertifikatlaşdırma proqramları üzrə iştirakçıların monitorinqinin həyata keçirilməsi;
  • İştirakçıların qeydiyyat məlumatlarının və təqdim etdikləri sənədlərin yoxlanılması;
  • Təlim proqramlarında iştirak və davamiyyət göstəricilərinin sistemləşdirilməsi;
  • Sertifikatlaşdırma üçün müəyyən edilmiş meyarlara uyğunluğun ilkin qiymətləndirilməsi;
  • İştirakçılarla telefon və elektron kommunikasiya vasitələri üzərindən fərdi əlaqələrin qurulması;
  • Monitorinq zamanı aşkar edilən uyğunsuzluqların müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrinə təqdim edilməsi;
  • Beynəlxalq təlim proqramları üzrə məlumat bazalarının formalaşdırılması və yenilənməsi;
  • Sertifikatlaşdırma prosesində sənədlərin düzgünlüyünə və məlumatların tamlığına nəzarət;
  • Monitorinq nəticələrinin təhlili, sistemləşdirilməsi və hesabatların hazırlanması;
  • İştirakçı müraciətlərinin operativ cavablandırılması;
  • Monitorinq üzrə yekun hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Azərbaycan dilində səlis, aydın və peşəkar nitq qabiliyyəti – mütləqdir;
  • Düzgün diksiya, xoş səs tembri və yüksək nitq mədəniyyəti;Telefon danışıqları zamanı peşəkar kommunikasiya bacarığı;
  • Rus dili biliyi – arzuolunandır;
  • Microsoft Word və Excel proqramlarında işləmək bacarığı;
  • Məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi üzrə bacarıqlar;
  • Yüksək analitik düşüncə və detallara diqqət;
  • Sənədləşmə və inzibati proseslərin idarə edilməsi üzrə ilkin biliklər;
  • İşgüzar yazışma və rəsmi ünsiyyət qaydalarına riayət etmək;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və təşkilatçılıq;
  • Komandada işləmək və tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək;
  • Məxfi və fərdi məlumatlarla işləyərkən etik davranış prinsiplərinə riayət etmək;Stressə davamlılıq və operativ qərarvermə bacarığı.

Beynəlxalq monitorinq standartları üzrə üstünlüklər:

  • Quality Assurance (QA) – Keyfiyyətin təmin edilməsi;
  • Monitoring & Evaluation (M&E) – Monitorinq və qiymətləndirmə;
  • Data Verification – Məlumatların yoxlanılması;
  • Compliance Monitoring – Prosedurlara uyğunluğun izlənilməsi;
  • Reporting & Documentation – Hesabatlılıq və sənədləşmə;
  • Data Protection & Confidentiality – Məlumatların qorunması və məxfilik.

Namizədlər üçün imkanlar:

  • Beynəlxalq təlim və sertifikatlaşdırma layihələrində praktiki təcrübə;
  • Monitorinq və keyfiyyətə nəzarət sahəsində peşəkar inkişaf;
  • Beynəlxalq layihələrin təşkilati və inzibati proseslərində iştirak;
  • Peşəkar komanda ilə əməkdaşlıq;
  • Gələcək layihələrdə əməkdaşlıq imkanları.

Müraciət qaydası:Uyğun namizədlər CV-lərini info@adm.edu.az elektron poçt ünvanına  mövzu hissəsində "Beynəlxalq Monitorinq və keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd edərək göndərə bilərlər.

Vacib qeyd: Namizədlərin seçimində Azərbaycan dilində peşəkar nitq qabiliyyəti, kommunikasiya mədəniyyəti, məsuliyyətlilik və operativ işləmək bacarığı əsas qiymətləndirmə meyarları olacaqdır.

Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət ediləcəklər.


Şirkət Haqqında

Azərbaycan Diplomatiya Mərkəzi beynəlxalq əməkdaşlıq, diplomatik əlaqələrin inkişafı, strateji layihələrin idarə olunması və qlobal təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu platformadır.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 28 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar