Ana Səhifə / Vakansiyalar / Satış üzrə mütəxəssis

Satış üzrə mütəxəssis

Azərbaycan Diplomatiya Mərkəzi

Bakı • Bakı

Tamştat 💰 Aylıq xidmət haqqı: 1500 AZN + bonus 📅 Təcrübə: Minimum 2 il iş təcrübəsi 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan
İş Təsviri

Satış üzrə mütəxəssis 

Şirkət: Azərbaycan Diplomatiya Mərkəzi (ADM)

Azərbaycan Diplomatiya Mərkəzi (ADM) beynəlxalq təhsil, peşəkar inkişaf, forum və təlim layihələrinin satış istiqamətində fəaliyyət göstərəcək, peşəkar kommunikasiya bacarıqlarına malik, təcrübəli və nəticəyönümlü əməkdaşların işə qəbulunu elan edir.

İş şəraiti

  • İş yeri: Azərbaycan Diplomatiya Mərkəzi (ADM)
  • İş saatları: Müsahibə zamanı yerində müzakirə olunacaq.

Xidmət haqqı və iş qrafiki

Həftəiçi iş qrupu (Bazar ertəsi – Cümə)

  • Aylıq xidmət haqqı: 1500 AZN + bonus;
  • Satış nəticələrinə əsaslanan əlavə mükafatlandırma.

Həftəsonu iş qrupu (Şənbə və Bazar)

  • Gündəlik xidmət haqqı: 40–50 AZN;
  • Yalnız həftəsonları işləmək istəyən namizədlər də müraciət edə bilərlər.

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, aydın və peşəkar nitq qabiliyyəti;
  • Güclü natiqlik, düzgün diksiya, xoş səs tembri və harmoniyası;
  • Telefon danışıqlarında yüksək kommunikasiya və inandırma bacarığı;
  • Microsoft Word və Excel proqramlarında sərbəst işləmək;
  • Beynəlxalq satış və müştəri xidməti standartları haqqında biliklər;
  • Aktiv satış, telefon satışları və korporativ müştərilərlə iş təcrübəsi;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun satış strategiyası qurmaq;
  • Etirazların peşəkar idarə edilməsi və satışın uğurla yekunlaşdırılması;
  • CRM sistemləri və müştəri məlumat bazaları ilə işləmək bacarığı;
  • KPI göstəriciləri və satış hədəfləri üzrə işləmək təcrübəsi;
  • Yüksək emosional intellekt, analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • İşgüzar etika, məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • İngilis və rus dillərini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq təhsil, təlim və sertifikatlaşdırma proqramlarının təqdimatı və satışı;
  • Potensial iştirakçılarla telefon və onlayn platformalar vasitəsilə peşəkar ünsiyyətin qurulması;
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
  • Müştərilərin proqramlar haqqında məlumatlandırılması və qeydiyyat prosesinin idarə edilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin təhlili;
  • Gündəlik satış hesabatlarının hazırlanması;
  • Beynəlxalq forum, konfrans, master-klass və təlim layihələrinin satış proseslərində iştirak.

Şirkətin təklif etdiyi imkanlar:

  • Peşəkar və dinamik iş mühiti;
  • Rəqabətqabiliyyətli xidmət haqqı;
  • Nəticəyə əsaslanan bonus və karyera inkişafı imkanları;
  • Beynəlxalq layihələrdə iştirak;
  • Peşəkar komanda ilə əməkdaşlıq;
  • Satış və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi;
  • Həftəiçi və ya yalnız həftəsonu işləmək imkanı.

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini mövzu hissəsində "Satış üzrə mütəxəssis"  qeyd etməklə info@adm.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd:Yalnız vakansiyanın tələblərinə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.


Şirkət Haqqında

Azərbaycan Diplomatiya Mərkəzi beynəlxalq əməkdaşlıq, diplomatik əlaqələrin inkişafı, strateji layihələrin idarə olunması və qlobal təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu platformadır.

Müraciət Et

Bu vakansiyaya müraciət etmək üçün daxil olun və ya qeydiyyatdan keçin.

Daxil Ol
Qeydiyyatdan Keç
Məlumat

Yayımlanma: 28 oktyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar