Ana Səhifə / Vakansiyalar / TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

Vertex Ltd.

Bakı • Bakı şəhəri, Caspian Plaza

Tamştat 💰 600-700(əlavə bonus) 📅 Təcrübə: 1 il 🎓 Təhsil: Bakalavr
Dil Bilikləri
Azərbaycan, Rus, İngilis
İş Təsviri

TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

Vertex şirkəti komandasına peşəkar və təcrübəli Təchizat zəncirinin idarə edilməsi üzrə kiçik mütəxəssis axtarır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Caspian Plaza
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 08:00–17:00
  • Əməkhaqqı: 600–700 AZN(əlavə bonus)
  • Əlavə bonus sistemi mövcuddur

Vəzifə öhdəlikləri:

  • Şirkətin iş fəaliyyətlərini dəstəkləyən məhsul və xidmətlərin satın alınmasını şirkət siyasət və prosedurlarına uyğun həyata keçirmək
  • Satınalmada ən yaxşı qiymət, keyfiyyət və çatdırılma prinsiplərinə riayət etməklə büdcə daxilində qərar qəbul etmək
  • Material/Xidmət sorğularını nəzərdən keçirmək, düzgünlüyünü təsdiqləmək və tələbatçı ilə əlaqə saxlamaq
  • RFP (Təklif Sorğusu) prosesini idarə etmək, tədarükçülərlə aydınlaşdırmaları koordinasiya etmək və kommersiya danışıqlarında iştirak etmək
  • PO-ların (Satınalma Sifarişləri) yerləşdirilməsi, idarə olunması və təcili çatdırılmasının izlənməsini təmin etmək
  • Tədarükçülərlə texniki və kommersiya məsələlərini həll etmək, müqavilələri icra etmək
  • PSCM ilə bağlı həftəlik, aylıq və illik hesabatların hazırlanmasına dəstək vermək
  • Qismən çatdırılan malların qeydlərini aparmaq və problemləri proaktiv şəkildə həll etmək
  • Şirkət və PSCM prosedur və siyasətlərinə riayət etmək, əlavə PSCM vəzifələrini yerinə yetirmək
  • İş inkişafı və layihələrdə dəstək göstərmək, komanda və rəhbərliyə analitik məlumat və dəstək təmin etmək
  • Rəhbərliyin göstərişləri əsasında ofis menecerinin digər inzibati, ofis və dəstək işlərinin icrasını yerinə yetirmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 6 ay–1 il iş təcrübəsi olan xanım namizədlər
  • Xarici satınalmalar və istehsalatda iş təcrübəsi üstünlükdür
  • Səlis Azərbaycan dili və İngilis dili biliyi, rus dili biliyi üstünlükdür
  • Komanda ilə işləmə bacarığı
  • Operativlik
  • Məsuliyyətlilik
  • Dəqiqlik
  • Kompüter bilikləri
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları
  • Stressə davamlılıq

Müraciət qaydası:

Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik xanım namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Təchizat zəncirinin idarə edilməsi üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@vertex.ws ünvanına göndərə bilərlər.

Şirkət Haqqında
E-poçt
hr@vertex.ws

Vertex Ltd. - inşaat və təmir sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət tikinti, elektrik, şəbəkə və HVAC sistemlərinin quraşdırılması və təmiri, test və sertifikatlaşdırma işləri, paylayıcı qutuların və port kabinlərin hazırlanması, alüminium, plastik və şüşə arakəsmələrin istehsalı və satışı, ümumi tədarük, dizayn və memarlıq xidmətləri daxil olmaqla geniş spektrdə mülki mühəndislik işləri həyata keçirir. 

Müraciət Et
Məlumat

Yayımlanma: 17 sentyabr 2026

Vakansiya növü: SADƏ

Oxşar Elanlar